Ağgöldə yegerlərin brakonyerlik fəaliyyəti - Rahim Gəncəliyev, dəstəsi və himayədar Ceyhun...

Yeger Rahim Gəncəliyev və dəstəsi Ağgöl Milli Parkında sintetik torlardan istifadə etməklə gölün faunasını məhv edirlər...
Nazir əvəzi Rəşad İsmayılov Ağgöl Milli Parkında qanunsuz balıq ovlayanlara qarşı sərt tədbirlər görməlidir.
AzFakt.com xəbər verir ki, bunu Ağgöl Milli Parkında baş verənlərələ bağlı redaksiyamıza müraciət edən şikayətçi bildirib.
Qeyd edək ki, ötən həftə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən Ağgöl Milli Parkında qanunsuz balıq ovu ilə bağlı oxuculara məlumat vermişdik. Bildirmişdik ki, Ağgöl Milli parkının yegeri işləyən Rahim Gəncəliyev və oğlu Məhəmməd Gəncəliyev vəzifələrindən sui-istifadə edərək davamlı olaraq adı çəkilən qoruqda brakonyerlik edərək qanunsuz balıq ovlayırlar.

AzFakt.com-a verilən yeni məlumatda qeyd edilir ki, Ağgöl Milli Parkında qanunsuz balıq ovu ilə ən çox qoruğun mühafizəsini təşkil edən yegerlər məşğul olur. Yeger Rahim Gəncəliyev və oğlu Məhəmməd Gəncəliyevin dəstəsi Ağgöldə "Dukker" və "Quzu çalası" deyilən ərazilərdə yüz metrlərlə uzanan sintetik torlar quraşdıraraq kütləvi balıq ovlayırlar. Yegerlərin brakonyer dəstəsi "Dukker" və "Quzu çalası" deyilən ərazilərdə sintetik torlarlara ovladıqları balıqları gecəynən Qara təpə ərazisindən çıxardaraq İmişlidə satışını təşkil edirlər. Yəni faktiki olaraq Ağgöl Milli Parkını qorumaqla vəzifəli olan şəxslər göldəki balıqları kütləvi şəkildə məhv etməklə məşğuldurlar.

Rəhim Gəncəliyev
İddia edilir ki, Rahim və Məhəmməd Gəncəliyevlərin ortaqları və himayəçisi Ceyhun adlı şəxsdir. Hazırda Rəhim Gəncəliyevin himayə etdiyi oğlu Məhəmməd Gəncəliyev və dəstəsi Ağgöldə həftədə iki dəfə balıq ovu ilə məşğul olurlar. Bu isə havanın soyuq olması və balıqların hərəkətsizliyi ilə bağlıdır. Ancaq yeger brakonyer dəstələr aprel və may aylarında ciddi fəaliyyətə keçəcəklər. Çünki həmin aylarda balıqlar kürü tökmək üçün suyun dayaz yerlərinə və qamışın dibinə çıxırlar.
"İnanırıq ki, Ekologiya və Təbii Sərvətlər nazirinin birinci müavini, hazırda nazir vəzifəsini icra edən Rəşad İsmayılov Ağgöl Milli Parkında yeger brakonyerlərə qarşı sərt tədbirlər görəcək", deyə redaksiyamıza ünvanlanan müraciətdə deyilir.
Mövzu ilə bağlı araşdırmamız davam edir. Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Paylaş:
Müəllif : Fuad
Tarix:18-02-2025, 08:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…

Kərəm Mustafayev vəzifəsindən azad edildikdən sonra qızlarının İngiltərədəki şirkətləri və restoranı bağlanıb.

"AZƏRENERJİ"nin prezidenti Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə İngiltərədə alüminium fabriki açır - Şirkəti İsrail vətəndaşı kimi təsis edib

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC