Dövlət vətəndaşı ilə NİYƏ QUMAR OYNASIN Kİ?.. - Bunun başqa ADI YOXDUR...
Lotoreyada insanların hər şeylərini uduzmaları sosial faciədir. Bunun səbəblərindən biri sosial-iqtisadi vəziyyətin ağırlığıdır. İnsanlar iş tapa, normal gəlir əldə edə bilmir. Əhalinin əksəriyyəti əlinə düşən son pulları ümidlə lotereyaya verir ki, bəlkə iri məbləğdə uduş əldə edib bu həyatdan qurtula. Xüsusən də işsizlər, yoxsullar bu ümidlə yaşayır". Bu sözləri "DİA-AZ"a göndərilən məqalədə yer alıb.
Məqalədə daha sonra deyilir: "İnsanların bir qismi asan yolla pul qazanmağa həvəs göstərir. Onların normal gəliri olsa belə rahat və asan vasitələrlə qazanc götürmək istəyirlər. Hər iki qrup da məqsədinə çata bilmir.
Kifayət qədər insan var ki, nə vaxtsa az məbləğ qazanıb və şirniklənib. Sonra isə 5-10 dəfə çox uduzub. Evini, maşınını, bütün əmlakını uduzanlar, hətta əlavə kredit götürüb onu da uduzanlar var. Bu qumar oyunları nəticəsində minlərlə ailələr dağılır, insanlar acınacaqlı vəziyyətə düşür, hətta cinayət hadisələri baş verir.
Bu, sözün əsl mənasında sosial faciədir. Lotereyalar ləğv edilməlidir.
2000-ci illərin ortalarınadək bu qumar növləri ilə özəl şirkətlər məşğul olurdu, sonra dövlət bu sahəni öz əlinə aldı və “Azərlotoreya” adlı dövlət şirkəti yaradıldı. Həmin dövrdə böyük bir lotoreya bumu yaşandı və milyonlarla insan zərərə düşdü. 2-ci lotoreya bumu isə bir neçə ildir başlayıb də indi də eyni proses gedir.
Lotoreya adı ilə vətəndaşlarla faktiki olaraq qumar oynanılır. Ən yaxşı halda yığılan məbləğin 50 faizi uduş fonduna gedir, qalanı isə mənimsənilir. Bu, necə deyərlər, mədəniləşmiş qumar növüdür.
Şəhərlərin küçələri lotoreya stendləri ilə doldurulub. İnternetdə də müxtəlif elektron qumar oyunları mövcuddur ki, burada da on minlərlə insan aldadılır, soyulur.
İnsanları heç bir halda qazanclı çıxmayacaqları bu tip qumar oyunlarından aralı durmalıdır. Nə dövlət vətəndaşlarla qumar oynamalıdır, nə də özəl şirkətlərə bu imkan verilməlidir. Hər növ qumar oyunu qəti şəkildə qadağan edilməlidir. Bu biabırçılıq ortadan qalxmalıdır. Bizim cəmiyyət üçün çox təhlükəli və faciəvi haldır, yığışdırılmalıdır. Cinayət məcəlləsində buna görə cəza tətbiq edilməlidir. Əks halda sosial vəziyyət daha da ağırlaşacaq".
Mövzuya qayıdacağıq...
Paylaş:
Müəllif : Fuad
Tarix:12-02-2025, 11:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…

Kərəm Mustafayev vəzifəsindən azad edildikdən sonra qızlarının İngiltərədəki şirkətləri və restoranı bağlanıb.

"AZƏRENERJİ"nin prezidenti Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə İngiltərədə alüminium fabriki açır - Şirkəti İsrail vətəndaşı kimi təsis edib

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC