Boşanan şəxslərə xəbərdarlıq – Qanunda dəyişiklik edilib
Boşanma sonrası ortaya çıxan ciddi problemlərdən biri də uşaq faktoru ilə bağlıdır. Bir çox hallarda tərəflərdən biri, digərinə uşaqları vaxtı-vaxtında göstərməkdən boyun qaçırır. Bu isə tərəflər arasında alimentin gecikməsi və digər mübahisələrin yaranması ilə nəticələnir.
Mövzu ilə əlaqədar Yenisabah.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, ailə mübahisələləri ilə bağlı qanunvericiliyə bir sıra dəyişikliklər edilib:
“2024-cü ilin 20 dekabr tarixli, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenum qərarına əsasən, artıq ailə mübahisələrinə baxılan zaman bir sıra dəyişikliklər həyata keçirilib. Nikahın pozulması zamanı mütləq şəkildə təkcə nikahın polzulması və aliment mübahisəsinə baxılmayacaq.
Burada eyni zamanda tərəflərin birgə nikahdan olan övladlarının ayrı yaşayan valideynlərinin həmin övladlarla ünsiyyət məsələsi də həll olunur. Həmçinin əvvəllər çıxarılmış məhkəmə qərarından sonra, uşağı saxlayan valideyn hər dəfə ölkə üzrə yaşayış minimumu dəyişdikdə yenidən alimentin artırılması ilə bağlı iddia ərizəsi verə bilirdisə, artıq buna ehtiyac qalmır. Sadəcə 1 ərizə verməklə, xüsusi icraat qaydasında alimentin artırılmasına nail olunacaq”.
Hüquqşünas qeyd edib ki, uşaqlarla ünsiyyət qaydaları da artıq yeni dəyişikliklərə uyğun formada tənzimlənir:
“Uşaqla ünsiyyət məsələsinə gəldikdə isə, Ailə Məcəlləsinin tələblərinə görə tərəflərin hər ikisinin uşaqla ünsiyyət hüququ olduğuna görə onlar mütləq şəkildə bir-birinə maneçilik törətməməlidir. Nikahın pozulması zamanı tərəflərin ərizəsi əsasında uşaqla ünsiyyət qaydaları da müəyyən edilə bilər. Burada vacib olan məqamlar ondan ibarətdir ki, tərəflər öz aliment öhdəliklərini yerinə yetirdiyini sübut etməlidirlər. Yaxud gələcəkdə uşağın əxlaqına və tərbiyəsinə zidd davranışların olmayacağını bildirməlidirlər”.
Paylaş:
Müəllif : Fuad
Tarix:7-02-2025, 12:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…

Kərəm Mustafayev vəzifəsindən azad edildikdən sonra qızlarının İngiltərədəki şirkətləri və restoranı bağlanıb.

"AZƏRENERJİ"nin prezidenti Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə İngiltərədə alüminium fabriki açır - Şirkəti İsrail vətəndaşı kimi təsis edib

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC