Nazirlikdə “Volqa” yeyintisi - Foto

Bu yaxınlarda Nəsimi Rayon Məhkəməsində Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Təsərrüfat şöbəsinin keçmiş müdiri Şamil Şahbazovun həmin müəssisənin direktoru Rüstəm Talışinskiyə qarşı iddiası üzrə keçirilən prosesdə maraqlı faktlar üzə çıxıb.
RegionXəbərləricom.az Bakupost.az-a istinadən xəbər verir ki, İnstitut 2022-ci ilin dekabrında QAZ-3110 – “Volqa” markalı avtomobilin təmiri üçün tender elan edib. Tenderin nəticələrinə əsasən, növbəti ildə “Volqa” avtomobili əsaslı təmir edilib. Təmir İnstituta 9 min manata başa gəlib.
Maraqlısı isə odur ki, təmirinə 9 min manat xərclənən avtomobil 2025-ci ildə əmlak.gov portalında dəyərindən demək olar ki, 3 dəfə ucuz qiymətə - 3600 manata satışa çıxarılıb.
Bildirək ki, sözügedən məhkəmə prosesində Şamil Şahbazov tenderin formal xarakter daşıdığını, həmin maşına 1 manat da olsun, pul qoyulmadığını iddia edib. Onun sözlərinə görə, “Volqa”ya ayrılan yanacaq İnstitutda digər rəhbər vəzifəli şəxslərin maşınlarına vurulub. “Volqa”dan sadəcə “benzin silmək” üçün istifadə olunub.
O da qeyd olunub ki, həmin avtomobil məhz bütün bu əməliyyatların izini itirmək üçün satışa çıxarılıb.
Beləliklə, aydın olur ki, köhnə “Volqa”dan həm təmir, həm də yanacaq pullarının mənimsənilməsi üçün istifadə olunub.
Onu da qeyd edək ki, Şamil Şahbazovun İnstitutun direktoru Rüstəm Talışinskiyə qarşı iddiası qanunsuz olaraq işdən azad olması ilə bağlı idi. İnstitutla bağlı bir sıra qanunazidd faktlar təqdim edən Ş.Şahbazov hazırkı direktor R.Talışinski və keçmiş direktor, hazırda adı saxta sertifikasiya məsələləri ilə gündəmdə olan səhiyyə nazirinin müavini İlqar Qasımovun korrupsiya ilə məşğul olduqlarını iddia edirdi. Prosesin sonunda Ş.Şahbazovun işdən qanunsuz azad olunduğu sübut edildi və məhkəmə onun işinə bərpa olunması barədə qərar çıxardı.
Paylaş:
Müəllif : Fuad
Tarix:15-01-2025, 08:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT