Çindən gələn mallarda yeni təhlükə! - “TEMU” dayandırılır?
Çində ortaya çıxan yeni virusla bağlı məhdudiyyətlər ortaya çıxacağı haqda iddialar yayılmağa başlayıb. Çünki sözügedən xəstəlik hava-damcı yolu ilə yayılır. Bu zaman bir məsələ gündəmə gəlir. Azərbaycan və Çin arasında ticari əlaqələr mövcuddur. Bu ərazidən ölkəmizə mallar idxal olunur. Həmçinin, "TEMU" alışveriş platforması da bir çox ölkədə olduğu kimi Azərbaycanda da geniş istifadə olunur.
Bu zaman istehlakçılar üçün hər hansı təhlükələr mövcuddurmu? Bu ölkədən alış-veriş bir müddət dayandırılmalıdırmı?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Sabah”a açıqlamasında məsələyə aydınlıq gətirib:
“Bir halda ki, virus hava damcı yolu ilə yayılır, deməli, mallarla, xidmətlərlə ölkəmizə belə bir virusun keçməsi mümkün ola bilməz. Yalnız bu işləri görən, yəni ticarətlə məşğul olan insanların gediş-gəlişi ilə sözügedən virus yayıla bilər. Lakin bütün bu hallarda, Çinlə ticarəti dayandırmaq olmaz. Bu, mümkün deyil. Bu, Azərbaycan iqtisadiyyatına böyük zərbə olar. Nəzəri cəhətdən həmin prosesi həyata keçirmək mümkün deyil”.
E.Hüseynov insanları diqqətli olmağa səsləyib:
“Ümumiyyətlə, dövlətlər digər məsələlərdənsə, iqtisadi yüksəlişə daha çox fikir verirlər. Sadəcə olaraq, həmin ölkəyə gedib-gələn adamlar diqqətli olmalıdırlar. Xüsusilə də, təyyarə ilə səfər edən şəxslər bunu nəzərə almalıdırlar. Çünki bu nəzarət ölkədə zəifdir. 2006-cı ildə quş qripi başlayanda Portuqaliyadan gəlirdim, Azərbaycana gələn təyyarədə bir anket payladılar. Orada həmin xəstəliyin bütün göstəricilərini qeyd etdim. Düşündüm ki, enişdə məni həkim briqadası qarşılayacaq. Ancaq bu baş vermədi. Bununla da test etdim ki, təyyarədə paylanılan anketlərin heç bir əhəmiyyəti yoxdur”.
Paylaş:
Müəllif : Fuad
Tarix:8-01-2025, 20:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT