reklam
Regionxeberlericom.az » Dünya » Finlandiya 9 rus diplomatı deportasiya etdi

reklam

Finlandiya 9 rus diplomatı deportasiya etdi

















Finlandiya Rusiyanın 9 diplomatını deportasiya edib.

Bu barədə Finlandiya Prezidentinin mövcud hadisələri müzakirə etmək üçün Nazirlər Şurası ilə bir araya gəldiyi iclasda qərar verilib.

Rusiya-Ukrayna müharibəsi və Avropadakı mövcud təhlükəsizlik vəziyyətinin müzakirə edildiyi bildirilən iclasın bəyanatında aşağıdakılar qeyd olunub:

“Prezident və Xarici İşlər və Təhlükəsizlik Siyasəti Nazirlər Komitəsi Rusiyanın Ukraynaya müdaxiləsini və Avropadakı mövcud təhlükəsizlik vəziyyətini də müzakirə ediblər. Prezident və Nazirlər Şurası Kaxovskaya bəndinin dağılmasını humanitar və ekoloji fəlakət kimi pisləyir. Anbarın partlaması o deməkdir ki, Ukraynada müharibə dinc əhaliyə və ətraf mühitə külli miqdarda ziyan vurmaqla yeni formada inkişaf edir. Finlandiyanın Moskvadakı səfirliyində çalışan doqquz kəşfiyyat əməkdaşının deportasiyası da razılaşdırılıb. Onların hərəkətləri Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasını pozur. Xarici İşlər Nazirliyi məsələ ilə bağlı Rusiya səfirini məlumatlandıracaq”.

Finlandiya Xarici İşlər Nazirliyi də Tvitter hesabında paylaşıb ki, iyunun 6-da Rusiyanın müvəqqəti işlər vəkilinə zəng edilib və səfirlikdə çalışan və kəşfiyyatçı kimi tanınan 9 nəfərin deportasiya edildiyi bildirilib.




Paylaş:


Müəllif : Tarix:
7-06-2023, 09:17
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər