reklam
Regionxeberlericom.az » Dünya » III Çarlzın tacqoyma mərasimi başladı - Canlı + Yenilənib

reklam

III Çarlzın tacqoyma mərasimi başladı - Canlı + Yenilənib

















Kral III Çarlzın tacqoyma mərasimi başlayıb. 

Mərasim Böyük Britaniyanın paytaxtı Londondakı Vestminster abbatlığında baş tutur.

Qeyd edək ki, tacqoyma mərasimində ölkəmizi Milli Məclisin sədri Sahibə Qafarova təmsil edir.

***12:43

Londonun Vestminster abbatlığında Kral III Çarlzın tacqoyma mərasimi başlayır.

Mərasimin protokol qaydalarına əsasən icra olunacaq prosedurların son tamamlanma işləri aparılır. 

Tacqoyma mərasiminə hazırlıq prosesi bir çox televiziya vasitəsilə canlı yayımlanır.

***10:16

Bu gün Vestminster abbatlığında Böyük Britaniyanın yeni kralı III Çarlzın tacqoyma mərasimi keçiriləcək.

Proses yerli vaxtla saat 11-də (Bakı vaxtı ilə 14:00) başlayacaq.

III Çarlzın tacqoyma mərasimi Vestminster abbatlığında baş tutacaq ardıcıl 40-cı belə mərasim olacaq. Sonuncu dəfə İngiltərədə tacqoyma mərasimi 70 il öncə, 1953-cü ilə keçirilib. 1953-cü ilin 2 iyununda III Çarlzın anası II Elizabetin tacqoyma mərasimi keçirilib.

Mərasimdə 2000-ə yaxın qonaq olacaq.

Ümumilikdə, yeni monarxın taxta çıxması münasibətilə bayram tədbirləri üç gün davam edəcək.




Paylaş:


Müəllif : Tarix:
6-05-2023, 15:31
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər