Rusiya təxribatda yer almadığı görüntüsünü yaratmağa çalışır - FAKT BUDUR!
Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında Ermənistan tərəfi atəşkəs rejimini pozub. Bu barədə Rusiyanın Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında Ermənistan tərəfindən atəşkəs rejiminin 1 dəfə pozulması faktı qeydə alınıb. Ölən və yaralananlar olmayıb: “Rusiya sülhməramlı kontingentinin komandanlığı Azərbaycan və Ermənistan tərəflərinin nümayəndələri ilə birgə vəziyyətin nizamlanmasını təmin edib”.
İlk dəfədir ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi açıqlamasında sülhməramlıların müvəqqəti səlahiyyət zonasına daxil olan ərazidə atəşkəsin ermənilər tərəfindən pozulduğu bildirilir. Atəşkəsin hər dəfə məhz qanunsuz erməni hərbi birləşmələri tərəfindən pozulduğu şübhə doğurmasa da, Rusiya Müdafiə Nazirliyinin açıqlamasında reallığın olduğu kimi ifadə olunması Azərbaycan cəmiyyətində təəccüblə qarşılanıb. Hər kəs Rusiya Müdafiə Nazirliyinin hansı səbəblərdən obyektiv informasiya yaydığını təxmin etməyə çalışır. Xatırladaq ki, aprelin 12-də Ermənistan parlamentinin müxalifəti təmsil edən 17 deputatı da məhz Rusiya sülhməramlıları tərəfindən Qarabağa buraxılmamışdı. Rəsmi Bakı ilə dərhal əlaqə saxlayan sülhməramlılar erməni deputatların Qarabağa girişinə icazə verməmişdi. Bəzi ekspertlərə görə, Azərbaycanın Rusiya təxribatlarına qarşı sərgilədəyi kifayət qədər sərt mövqe Moskvanı daha yumşaq yanaşma ortaya qoymağa məcbur buraxıb. Siyasi şərhçi Elçin Mirzəbəyli “Şərq”ə bildirib ki, Qarabağdakı qanunsuz hərbi birləşmələrin davamlı təxribatlarının qarşısının alınmaması Azərbaycanda haqlı etiraz doğurub. Moskva bunun qarşılığında vəziyyəti qismən də olsa yumşaltmaq yolunu tutub:
“Rusiya erməni separatçılarının, həmçinin Marqarita Simonyan kimi təbliğatçı-təxribatçıların guya Rusiyaya dəstək xarakteri daşıyan, əslində isə sülhməramlıların missiyasını tamamilə şübhə altına alan davranışlarını balanslaşdırmaq istəyir.
Bu təxribatlarda Rusiya tərəfinin yer almadığı görüntüsünü yaratmağa çalışırlar. Həmçinin, Nikol Paşinyanın və digərlərinin sülhməramlıların ünvanına səsləndirdikləri ittihamların, eləcə də üçüncü qüvvələrin prosesə cəlb edilməsi istiqamətində atılan addımların qarşılığında Ermənistana xəbərdarlıq olunur.
Bununla yanaşı, düşünürəm ki, sözügedən açıqlamanın növbəti addımlar üçün əlverişli fonun yaradılmasına xidmət etdiyi ehtimalını da diqqətdən qaçırmaq lazım deyil”.
Paylaş:
Müəllif : Yazar
Tarix:19-04-2022, 12:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xalq artisti: “Münsif tələbəsinə 9 xal verirsə, digər iştirakçıların haqqı necə olsun?”

Məleykə Abbaszadənin “qadın və inək” dastanı – DİM sədri bəlkə özü də ana dilindən imtahan versin?!

Xankəndi stadionunda işləyən fəhlələrin pulu verilmir? – MDB Oyunlar sayılı günlər qalsada işlər yekunlaşmayıb? İDDİA/VİDEO

Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi mənim evimi əlimdən aldı” – Sabirabad sakini Prezidentə müraciət edir

Sağlam adamlar 1-ci qrup əlillik dərəcəsi alır, gerçək xəstələr isə kənarda qalır –ŞOK GÖRÜNTÜLƏR / VİDEO

Gəncə faciəsinin arxasında gizlənən korrupsiya – Zərərçəkmişlərin haqqı kimlərin ciblərinə gedir?

Deputatın külli miqdarda çox vergi borcu olan şirkəti Lənkəran Dövlət Universitetinin tenderini uddu / VİDEO

Vergi borcu olan şirkət Zakir Quliyevin rəis olduğu qurumdan daha 3 tender uddu - FOTOFAKT

İcra hakimiyyətinin işçiləri dövlət torpaqlarını kənar şəxslərə satırlar - Bu cavan başçıda belə....

"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -səbəb göstərilmədən əmək müqavilələrinə xitam verilir

VƏLİYEVLƏRİN TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR -Hər ay toplanan yüz minlər hara xərclənib?

“Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri

Bu hospitalda cərrah əvəzinə "dəllal"lar işləyir: Nilufəri ÖLDÜRƏN HƏKİM niyə həbs olunmur? - VİDEO