Üçüncü Dünya müharibəsi hansı regiondan başlayacaq? - Kreml kritik qərar verdi

Rusiya NATO ilə bütün əlaqələrini rəsmən kəsdi.
Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib. “Noyabr ayının 1-dən etibarən NATO yanında Rusiyanın daimi nümayəndəliyi fəaliyyətini dayandıracaq. Həmçinin, NATO-nun Moskvada yerləşən informasiya bürosu və hərbi missiyasının da fəaliyyəti dayandırılacaq. Əgər NATO Rusiya ilə əlaqə saxlamaq istəyərsə, Belçikadakı səfirliyimizə müraciət edə bilər”,- Lavrov bildirib.
Qeyd edək ki, son zamanlar Rusiya və NATO arasında çox gərgin vəziyyət hökm sürürdü. Bunun nəticəsi olaraq da, Rusiya təktərəfli şəkildə NATO ilə bütün əlaqələrini kəsdi. Rəsmi Moskvanın bu qərarı bütün dünya gündəmində şok effekti yaradıb.
Maraqlıdır, davam edən bu proseslər fonunda dünya ikinci dəfə “soyuq müharibə”yə qədəm qoyur?
Mövzu ilə bağlı Cebhe.info-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib ki, Rusiya və NATO arasındakı gərginliyin dərinləşəcəyi gözlənilir:
“Ümumiyyətlə, son dövrlərdə Rusiya və NATO arasında olan münasibətlərdə gərginlik dayanmadan artır. ABŞ Prezidenti Co Baydenin Vladimir Putin haqqında “qatil” deməsindən sonra ABŞ və Rusiya arasındakı münasibətlərin daha da gərginləşməsinin şahidi olduq. Həmçinin, NATO-nun Qara Dəniz hövzəsində hərbi təlim keçirməsilə yanaşı, Rusiyanın hava və dəniz sərhədlərinin pozulması nəticəsində Rusiya və ABŞ arasında bir sıra insidentlər yaşanmışdı. NATO-nun postsovet məkanına daxil olması, qarşılıqlı yardım barədə müxtəlif sazişlər imzalaması və hərbi təlimlər keçirməsi Rusiya ilə münasibətlərin kifayət qədər gərginləşməsinə səbəb olmuşdu”.
Politoloq onu da qeyd edib ki, Rusiyanın NATO ilə əlaqələrini dayandırması suveren verdiyi qərardır:
“Rəsmi Moskva bu addımı NATO-nun Rusiyanın təşkilatdakı daimi nümayəndəliyinin 8 əməkdaşının akreditasiyasının geri çəkilməsi barədəki qərarına qarşılıq olaraq atdığını bəyan edir. Hazırda dünyada ikinci dəfə “soyuq müharibə”nin yaşanacağı ilə bağlı bir sıra fikirlər irəli sürülür. Bu isə regionda yeni silahlanmaya və ya müharibəyə gətirib çıxara bilər. Hətta Üçüncü Dünya müharibəsinin astanasında olduğumuza dair də bir sıra iddialar səsləndirilir. Əsas məsələ bu müharibənin hansı regionda başlayacağıdır. Çünki Yaxın Şərqdə kifayət qədər dondurulmuş münaqişə ocaqları var. Eyni zamanda Ukrayna-Rusiya, Çin -Tayvan, İran-İsrail arasındakı gərgin münasibətlərlə yanaşı, Əfqanıstanda da yenidən müharibə başlaya bilər”.
Paylaş:
Müəllif : Yazar
Tarix:18-10-2021, 18:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:18-10-2021, 18:00
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:33
Bu gün, 11:55
Bu gün, 09:17
Bu gün, 08:25
Dünən, 21:06
Dünən, 12:37
Dünən, 10:32
Dünən, 10:30
Dünən, 10:27
26-08-2025, 14:05
26-08-2025, 12:33
26-08-2025, 12:29

Xalq artisti: “Münsif tələbəsinə 9 xal verirsə, digər iştirakçıların haqqı necə olsun?”

Məleykə Abbaszadənin “qadın və inək” dastanı – DİM sədri bəlkə özü də ana dilindən imtahan versin?!

Xankəndi stadionunda işləyən fəhlələrin pulu verilmir? – MDB Oyunlar sayılı günlər qalsada işlər yekunlaşmayıb? İDDİA/VİDEO

Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi mənim evimi əlimdən aldı” – Sabirabad sakini Prezidentə müraciət edir

Sağlam adamlar 1-ci qrup əlillik dərəcəsi alır, gerçək xəstələr isə kənarda qalır –ŞOK GÖRÜNTÜLƏR / VİDEO

Gəncə faciəsinin arxasında gizlənən korrupsiya – Zərərçəkmişlərin haqqı kimlərin ciblərinə gedir?

Deputatın külli miqdarda çox vergi borcu olan şirkəti Lənkəran Dövlət Universitetinin tenderini uddu / VİDEO

Vergi borcu olan şirkət Zakir Quliyevin rəis olduğu qurumdan daha 3 tender uddu - FOTOFAKT

İcra hakimiyyətinin işçiləri dövlət torpaqlarını kənar şəxslərə satırlar - Bu cavan başçıda belə....

"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -səbəb göstərilmədən əmək müqavilələrinə xitam verilir

VƏLİYEVLƏRİN TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR -Hər ay toplanan yüz minlər hara xərclənib?