Prezident Banqladeşin Baş naziri ilə görüşdü
Fevralın 17-də Münxendə Prezident İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Banqladeş Xalq Respublikasının Baş naziri xanım Şeyx Hasinanın görüşü olub.
Qoşulmama Hərəkatının Zirvə görüşü çərçivəsində ölkəmizə səfərini və Azərbaycan Prezidenti ilə görüşlərini məmnunluqla xatırladan Şeyx Hasina dövlət başçısına prezident seçkilərində qələbəsi münasibətilə təbriklərini çatdırıb.
Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirib.
Banqladeşin Baş naziri COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırıb və ölkəsinin də qlobal iqlim dəyişikliyindən əziyyət çəkdiyini qeyd edib.
Dövlət başçısı Azərbaycanın COP29 çərçivəsində inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında həmrəyliyin gücləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb. Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyinin İslam Əməkdaşlıq Təşkilatı, eyni zamanda, Avropa təsisatları ilə əlaqələrinin bu istiqamətdə həmrəyliyin gücləndirilməsi işinə töhfə verəcəyini diqqətə çatdırıb.
Azərbaycan Prezidenti COP29-da iştirak etmək üçün Banqladeşin Baş nazirini ölkəmizə səfərə dəvət edib.
Şeyx Hasina dəvəti məmnuniyyətlə qəbul edib.
Görüşdə Banqladeşlə Azərbaycan arasında siyasi, iqtisadi, ticarət, investisiyalar, əczaçılıq, kənd təsərrüfatı və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib, əlaqələrin genişləndirilməsi üçün böyük perspektivlərin olduğu diqqətə çatdırılıb. Eyni zamanda, Azərbaycan-Banqladeş iqtisadi əməkdaşlıq üzrə işçi qrupunun yaradılmasının və iki ölkənin biznes dairələri arasında əlaqələrin qurulmasının vacibliyi vurğulanıb.
Ölkələrimizin xarici işlər nazirləri və aidiyyəti dövlət qurumları arasında əlaqələrin gücləndirilməsi və siyasi məsləhətləşmələr mexanizminin yaradılması məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:17-02-2024, 20:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT