İsrail dünyada analoqu olmayan yeni qida məhsulunu satışa çıxardı
İsrail süni mal ətinin satışını təsdiqləyən ilk ölkə olub. Müvafiq icazə qida texnologiyası şirkəti “Aleph Farms Ltd.”yə verilib.
Bu barədə İsrailin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, yeni qida toyuq hüceyrələrindən deyil, iribuynuzlu heyvanlardan alınan kultivasiya hüceyrələrindən hazırlanıb. Məhsul bioloji təhlükəsizlik, həmçinin istehlak zamanı zərərin olmaması üçün bütün lazımi testlərdən keçib.
“Bütün yoxlamalardan keçdikdən sonra məhsulun İsraildə geniş ictimaiyyətə satışına icazə verilib”, - deyə materialda vurğulanıb.
Qurumdan əlavə edilib ki, zülallara qlobal tələbatın artması və canlılardan olmayan məhsulların istehsalının vacibliyini nəzərə alaraq, nazirlik alternativ qida mənbələrinin inkişafı istiqamətində işlər aparır. /Oxu.az
Paylaş:
Müəllif : Fuad
Tarix:18-01-2024, 09:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO