Blogerlər vergi ödəyirmi? – “Onlar fərdi sahibkar sayılır”
Hazırda Azərbaycanda blogerlik sahəsi xeyli inkişaf edib. “Instagram”, “TikTok”, “Youtube” və bənzər sosial platformalarda fenomenlərin sayı günbəgün artır. Bir çoxları, xüsusilə, gənclər bu cür platformaları asan məşhurlama və yüksək qazanc yeri kimi görürlər.
Dünya ölkələrinin bir çoxunda bloggerliklə məşğul olan şəxslərin əldə etdiyi maddi qazanclar və reklam gəlirləri vergiyə cəlb olunur. Azərbaycanda da bu sahəyə xüsusi vergi qaydaları tətbiq oluna bilərmi?
Yenisabah.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov bildirib ki, blogerlər fərdi sahibkar sayılır və onlara hansısa xüsusi verginin tətbiq olunmasına ehtiyac yoxdur.
“Hamı əldə etdiyi gəlirdən vergi verməlidir. Qanunvericiliyə əsasən, fəaliyyət sahəsindən asılı olmayaraq, hər kəsin gəlirindən vergi verməsi nəzərdə tutulub.
Blogerlərin əldə etdiyi qazanca görə xüsusi verginin tətbiq olunmasına gəlincə, buna ehtiyac görmürəm. Yəni faktiki olaraq, bu sahənin adamları fərdi sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar. Bütün fərdi sahibkarlar üçün də vergi bəllidir. Düşünürəm ki, blogerlər üçün ayrıca vergi növünün tətbiq olunmasına gərək yoxdur. Əgər belə bir tələb varsa, konkret formada əsaslandırılmalıdır”.
Paylaş:
Müəllif : Fuad
Tarix:10-01-2024, 12:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO