Əziz Orucova qaçaqmalçılıq ittihamı da verildi
Barəsində həbs qətimkan tədbiri seçilmiş “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucova əlavə ittiham verilib.
Bu barədə onun yaxınları sosial şəbəkə hesabları vasitəsilə məlumat yayıblar.
Bildirilib ki, ona qarşı da Cinayət Məcəlləsinin 206.3.2. (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, daha əvvəl saxlanılan və barələrində həbs qətimkan tədbiri seçilmiş jurnalistlər Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və ictimai fəal Məhəmməd Kekalova da Cinayət Məcəlləsinin eyni maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, noyabrın 27-də “Kanal 13” internet televiziyasının icraçı direktoru Əziz Orucovun evində axtarış aparılıb və daha sonra o saxlanılıb. Vəkili Bəhruz Bayramov bildirib ki, ona qarşı Cinayət Məcəlləsinin 188.2 (Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) maddəsilə cinayət işi başlanıb. Bir gün sonra – noyabrın 28-də isə Səbail Rayon Məhkəməsinin qərarı ilə Ə.Orucov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:19-12-2023, 14:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO