Məcburi köçkünlərin boşalan mənzilləri kimə veriləcək?
Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş şəxslərin, şəhid olan qəhrəmanların ailə üzvlərinin sosial müdafiəsi, həmçinin onların mənzillə təminatı istiqamətində tədbirlərin gücləndirilməsi ölkə rəhbərinin müəyyənləşdirdiyi əsas vəzifələrdəndir.
RegionXəbərləricom.az Herbiand.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Vətən Müharibəsində şəhid olmuş qəhrəman övladların doğmalarına da ev veriləcəyini bəyan edib.
Hazırda keçmiş məcburi köçkünlər də öz doğma yurdlarına qayıtdıqdan sonra boşalan mənzillərin də şəhid ailələri və qazilərə veriləcəyi bildirilib. Artıq Laçın, Füzuli rayon mərkəzlərinə və bir neçə kəndə geri dönüş başlayıb. Bəs keçmiş məcburi köçkünlərin boşaltdığı mənzillərin şəhid ailələrinə və qazilərə verilməsi ilə bağlı qərar verilibmi?
Bununla əlaqədar "Minadan Zərərçəkənlərin Assosiasiyası" İctimai Birliyinin sədri, qazi Rey Kərimoğlu ilə əlaqə saxladıq. Birlik sədrinin Herbiand.az-a verdiyi məlumata görə, bu günədək boşalan mənzillər şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına verilib. Rey Kərimoğlu prosesin növbəti mərhələlərdə də davam edəcəyinə ümidvar olduğunu bildirdi.
Qeyd edək ki, boşalan mənzillərin satışa çıxarılması məsələsi də gündəmdədir.
Paylaş:
Müəllif : Fuad
Tarix:26-10-2023, 09:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO