reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bürclər- 19 sentyabr

reklam

Bürclər- 19 sentyabr













Qoç, 19 sentyabr, 2023-cü il

Müsbət əhval-ruhiyyədə olun.

Günün başlanğıcı narahat və həyəcan dolu keçəcək.

Amma vəziyyət ümumiyyətlə yaxşı olacaq. Erkən təslim olmasanız əla nəticələr əldə edəcəksiniz. Köhnədən yarım qalmış işlərə qayıda bilərsiniz. Bu işlərin tamamlanmasında  yaxın zamanlarda tanış olduğunuz insanlar həvəslə kömək edəcəklər.

Liderlik keyfiyyətləriniz bu gün xüsusilə parlaq olacaq və bu, çoxunun xoşuna gələcək. Fərqli insanlar sizi həvəslə izləyəcək, təkliflərinizə müsbət cavab verəcəklər. Bu gün yeni dostlar tapmağınız mümkündür.

Bu dostluq sonradan romantik bir hekayəyə də çevrilə bilər.

 Buğa, 19 sentyabr, 2023-cü il

Gün maliyyə məsələlərinin həlli üçün münasibdir. Burada intuisiyaya arxalana bilərsiniz.

İntuisiya ilə pulunuzu düzgün idarə edəcək və sərfəli sövdələşmələr edəcəksiniz. Uğurlu alış-veriş istisna edilmir. İşdə müsbət tendensiyaların təsiri nəzərə çarpacaq. Aşa bilmədiyiniz heç bir çətinlik olmayacaq.

Yaxınlarınızla ünsiyyət sizi sevindirəcək. Çox şeylə razılaşacaqsınız, əvvəllər fikir ayrılığına səbəb olan məsələləri sakit şəkildə müzakirə edəcəksiniz. Ailə tədbirləri yaxşı keçəcək, dostlarla görüş də xoş olacaq.

Əkizlər, 19 sentyabr, 2023-cü il

Əhəmiyyətli görüşlər yaxşı keçəcək.

Sizə adətən tənqidi yanaşan və yalnız başqalarının çatışmazlıqlarını görən insanlar belə xoş təəssüratlarını dilə gətirəcək.

İşlə bağlı yaxşı xəbərlər ola bilər. Qarşınızda cazibədar peşəkar perspektivlər açıla bilər. Çaşqın olmayın və mümkün qədər erkən hərəkət etməyə başlayın.

Yaxınlarınızın məsləhətlərinə qulaq asın.

Onlar sizə sakit olmağa, səhv etməməyə, bəzi vəziyyətlərə döz bilməyə kömək edəcəklər. Günün ikinci yarısı xoş sürprizlər vəd edir.

Xərçəng, 19 sentyabr, 2023-cü il

Şərait nə olursa olsun, sakit olmağa çalışın. Bu gün planlarınızı dəyişdirməyi tələb edəcək gözlənilməz hadisələr və ya xəbərlər ola bilər.

Bunu sakit qəbul etməyə çalışın və narahat olmayın.

Müsbət tendensiyaların təsiri kifayət qədər güclü olacaq. Buna görə də mütləq uğur qazanacaqsınız.

Qohumlar fikirlərinizi həvəslə dəstəkləməklə yanaşı, həm də öz fikirlərini bölüşəcəklər.

Maraqlı təkliflər istisna deyil. Çox düşünmədən onlarla razılaşacaqsınız və peşman olmayacaqsınız.

Şir, 19 sentyabr, 2023-cü il

Böyük uğurlara və məqsədlərə tez çatacağınızı ümid etməməlisiniz.

Bu gün qarşınıza böyük problemlər çıxacaq.  Müstəqil şəkildə hərəkət etməlisiniz.

Hər zaman yanınızda olan müttəfiqləriniz belə sizə kömək edə bilməyəcək.

Çox çalışmalı olacaqsınız, ancaq bütün sınaqların öhdəsindən layiqincə gələcəksiniz. Bu diqqətdən kənarda qalmayacaq. Əvvəllər sizdən şübhələnən insanlar nə qədər səhv etdiklərini anlayacaqlar.

Gün faydalı işlərlə dolu olacaq. İstirahət üçün də vaxt tapmağa çalışın.  Bu gün narahatlıqlardan qurtulmaq və xoş bir iş görmək imkanı var.

Qız, 19 sentyabr, 2023-cü il

Bu gün görüləsi işlər çox olacaq.

Amma tələsməyin.  İntuisiyanız vasitəsilə, ilk növbədə nəyi həll edəcəyinizi və nəyin bir müddət təxirə salına biləcəyini  müəyəyn edə biləcəksiniz.

İşgüzar münasibətlərdə yaxşılığa doğru dəyişikliklər mümkündür. Əvvəllər sizə dəstək olmaq istəməyən insanlar fikirlərini dəyişəcək və kömək təklif edəcəklər. Gün çox faydalı olacaq.

Pulla ehtiyatlı olmaq lazımdır. Ehtiyacınız olmayan heç nəyə pul xərcləməyin.  Bu aralar əyləncəyə də pul xərcləmək tövsiyə edilmir.

Maliyyə məsələlərində diqqətli və ciddi olun.

Tərəzi, 19 sentyabr, 2023-cü il

Bu gün təkbaşına həll etməli olduğunuz vacib və çətin işlər olacaq.

Heç kim köməyinizə gəlməyəcək.  Heç kim sizə faydalı məsləhətə verməyəcək.

Buna baxmayaraq, siz təkbaşına bütün işlərin  öhdəsindən gələcəksiniz.

Bunun üçün kifayət qədər təcrübəniz və biliyiniz var. Uğurlu təsadüflər ehtimal olunur, onların sayəsində biznesdə nəzərəçarpacaq irəliləyiş əldə edəcəksiniz.

Günün ilk yarısında yaxınlarınızla anlaşmaq asan olmayacaq.

Xırda məsələlərdə fikir ayrılıqları yarana bilər. Ancaq mübahisələr yaranmayacaq.

Günün sonunda qarşılıqlı anlaşma bərpa olunacaq, ünsiyyət müsbət emosiyalar gətirəcək.

Əqrəb, 19 sentyabr, 2023-cü il

Səhər ruhlandırıcı xəbərlər alacaqsınız.

Əhvalınız dərhal yaxşılaşacaq. Özünüzü vacib və çətin bir işin öhdəsindən gəlməyə hazır hiss edəcəksiniz. Tezliklə ilk uğurları əldə etmək mümkün olacaq. Yaxınlıqda sizə kömək etməyə hazır olan çoxlu insan olacaq. İntuisiya etibar edə biləcəyiniz müttəfiqləri seçməyə kömək edəcək.

Günortadan sonra ev işlərinə zaman ayırmalı olacaqsınız. Onlar çox vaxtınızı almayacaq. Ehtiyacınız olarsa, yaxınlarınız həvəslə kömək edəcəklər. Dostlarınız və ya sevdiyiniz biri ilə görüş üçün  çox uğurlu gündür.

Oxatan, 19 sentyabr, 2023-cü il

Günün əvvəlində diqqətli olmalısınız. Hər şey istədiyimiz kimi alınmayacaq.

Bu gün üçün olan bütün planlarınızı həyata keçirmək mümkün olmayacaq. Ancaq planlaşdırdığınızdan əl çəkməsəniz, uğur qazanmağın bir yolunu mütləq tapacaqsınız.

Risk etməməyə və qərarlar verməkdə tələsməməyə çalışın.

Günün ikinci yarısı peşəkar problemlərin həllində uğur vəd edir. Əvvəllər çox çətin görünən bir işi bu gün çox rahatlıqla həll edə biləcəksiniz

Günün ikinci yarısı şəxsi münasibətlər baxımından da əlverişli olacaq. Göstərdiyiniz təşəbbüslər sizin üçün çox faydalı olacaq.

Oğlaq, 19 sentyabr, 2023-cü il

Həssas Oğlaqlar üçün günün başlanğıcı çətin keçəcək.  Belə olan halda isə, çətin ki, sakit dayana biləsiniz. Başqa vaxt diqqət etmədiyiniz kiçik şeylərdən  belə narahat ola bilərsiniz.

Yaxınlıqda kömək və dəstək verməyə hazır olan insanlar olacaq. Onlarla əlaqə saxlamaqdan çəkinməyin.

Günün ikinci yarısı əlverişli olacaq. Mürəkkəb problemlərin həllinin öhdəsindən gələcək, ümid etmədiyiniz yerdə belə uğur qazanacaqsınız. Nağd pul daxilolmaları, uğurlu əməliyyatlar və alışlar ehtimal olunur.

Dolça, 19 sentyabr, 2023-cü il

Uğurlu səfərlər və uğurlu danışıqlar ehtimalı var. Vəziyyət yaxşı olacaq, amma əhəmiyyətli qələbələr qazanmaq üçün səy göstrəməlisiniz.

Uzun müddətdir can atdığınız şeyə nail olmaq şansını əldən verməyin. Səyləriniz boşa çıxmayacaq.

Yaxınlarınızla fikir ayrılıqları mümkündür.

Hətta qızğın mübahisələr də istisna deyil. Kəskin münasibətləri yoluna qoymağa çalışırsınız.  Səyləriniz dərhal olmasa belə, nəticə verəcək.

Fikirləriniz dərhal hər kəsi sevindirməyəcək. Lakin onlar haqqında daha ətraflı danışsanız, insanların fikrini dəyişə bilərsiniz. Axşam romantik sürprizlər vəd edir.

Balıq, 19 sentyabr, 2023-cü il

Günün başlanğıcı olduqca stresli ola bilər. Ola bilsin ki, kimsə sizin tarazlığınızı pozmağa çalışsın.

Sizə qarşı hazırlanan təxribatlara  tab gətirmək kimi məcburiyyətiniz yoxdur.

Kiminsə sizə tətbiq etməyə çalışdığı qərarları deyil, öz qərarlarınızı verməyə çalışın. Müsbət tendensiyaların təsiri tezliklə artacaq.

Özünüzü nisbətən sakit və inamlı hiss edəcəksiniz.

Günün ikinci yarısı ünsiyyət üçün əlverişli olacaq. Yaxınlarınızla biznes və planları müzakirə etmək, dostlarınızla sizi maraqlandıran mövzular haqqında danışmaq fürsəti olacaq. Xoş xəbərlər, maraqlı təkliflər gözlənilir.




Paylaş:


Müəllif : Tarix:
18-09-2023, 23:36
Sikayət   


loading...
Загрузка...