Qurban bayramına hazırlıq başladı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qurban bayramına hazırlıq prosesinə başlayıb.
Bu barədə AQTA-nın sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında məlumat verilib.
Onun sözlərinə görə, AQTA müvafiq qurumlarla birgə ölkədə standartlara uyğun kəsim məntəqələrində monitorinqlər keçirib:
"Standartlara uyğun olmayan yerlərdə isə çadır tipli kəsim məntəqələri quraşdırılacaq".
Q.Təhməzli həmçinin xatırladıb ki, artıq Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı və Tərtər rayonunun Talış kəndində çadır tipli heyvan kəsimi məntəqələri quraşdırılıb: "Həmin çadırlarda heyvanların kəsimi həyata keçiriləcək. Bildiyiniz kimi, artıq əhali bəzi əraziyə köçüb. Təbii ki, gündəlik tələbat mallarından biri də ət məhsullarıdır. Həmin çadır tipli kəsim məntəqələri quraşdırılıb. Şəhərsalmaya uyğun olaraq, orada stasionar tipli kəsim məntəqələr inşa ediləcək".
Xatırladaq ki, Azərbaycanda Qurban bayramı iyunun 28-29-da qeyd olunacaq.
Paylaş:
Müəllif : Fuad
Tarix:8-06-2023, 15:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Təkrar sertifikatlaşdırmaya əsasən yaranan vakant yerlərə yeni müəllimlər təyin olunublar

`Bolmart` vətəndaşı parkinqlə `cəzalandırır` - Müştəriyə "qapı açıq", müştəri deyilsənsə "pul ödə"

Adına 10-a yaxın şirkət açılan, kirayədə girov kimi saxlanılan Saatlı sakini həbs edilib – Milyonlarla borc…

Xalqımız şəhid cənazələri qəbul edir – Kardiologiya İnstitutunun direktoru isə… – VİDEO

AZAL-ın hazırkı rəhbərliyi Canikin ölənlərinə rəhmət oxutmağa şiddətli şəkildə and içib.

Kəmaləddin Heydərovun müavininin oğluna məxsus şirkət 2 milyonluq dövlət sifarişi alıb - Bir ildə 11 tender

“Azıx və Tağlar mağaraları” nominasiyası UNESCO-nun İrs Komitəsinin İlkin siyahısına salınıb

Azərbaycan təkcə erməniləri Qarabağdan çıxarımır: Həm də rusları... Güney Qafqazdan ÇIXARIR...

Tural Məmmədov: “Azərbaycanda dövlət qurumlarının adlarına uyğun yaradılan saxta domenlərin sayı açıqlanıb”