reklam
Regionxeberlericom.az » Cəmiyyət » Sabah bəzi rayonlara dolu düşəcək - PROQNOZ

reklam

Sabah bəzi rayonlara dolu düşəcək - PROQNOZ


Azərbaycanda iyunun 3-ə gözlənilən hava şəraiti açılanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında iyunun 3-də əsasən yağmursuz hava şəraiti gözlənilir.

Səhər bəzi şəhərətrafı ərazilərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 26-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olub. Nisbi rütubət 65-75% olacaq.

Azərbaycanın rayonlarında əsasən gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 29-34, dağlarda gecə 8-13, gündüz 13-18 dərəcə, bəzi yerlərdə 20-25 dərəcə isti olacaq.




Paylaş:


Müəllif : Tarix:
2-06-2023, 12:48
Sikayət   


loading...
Загрузка...