Yusif Eyvazovla fotosuna görə işdən çıxarıldı

Tanınmış belaruslu dirijor Vyaçeslav Çernuxo-Voliç Odessa Milli Akademik Opera və Balet Teatrının baş dirijoru vəzifəsindən azad olunub.
Buna səbəb onun Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, Xalq artisti Yusif Eyvazovla fotosu olub.
Mənbə yazır ki, onların bərabər fotosu mədəni cəmiyyətdə müzakirələrə səbəb olub.
“Zerkalo” nəşri bildirir ki, aprelin 12-də Odessa teatrının direktoru Nadejda Babiç rejissorla müqaviləni pozub. Direktor bunu Çernuxo-Voliçin “rus dünyası”nın nümayəndələri ilə əlaqədə olması, yəni “aydın vətəndaş və vətənpərvər mövqeyinin olmaması” ilə əlaqələndirib.
Ukrayna KİV, həmçinin bunları qeyd edir: “Yusif Eyvazov Rusiya aqressiyasını dəstəklədiyi üçün Ukraynada sanksiyalar altında olan Anna Netrebkonun həyat yoldaşıdır”.
Aprelin 8-də Vyaçeslav Çernuxo-Voliç Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Bogema” tamaşasında dəvət olunmuş dirijor qismində çıxış edib. Tamaşadan sonra çəkilmiş fotolar onun işdən çıxarılmasına səbəb olub.

Çernuxo-Voliçin “Ukrainskaya pravda”ya açıqlamasında qeyd edib ki, həqiqətən də Bakıya Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının eks-direktoru Akif Məlikovun dəvəti ilə gedib və onun işdən çıxarılmasını Bakıya gəldiyi gün, yeni direktor Yusif Eyvazov haqda isə səhərisi gün öyrənib. Dirijorun sözlərinə görə, çıxış etməkdən artıq imtina edə bilməyib. O, Y. Eyvazovla səhnədə tanış olduğunu əlavə edib.
“Əgər söhbət Yusif Eyvazovun həyat yoldaşından gedirsə, deyə bilərəm ki, bizdə oğul ataya görə və ər arvadına görə cavab vermir. Fərziyə var. Mən onun Ukraynadakı müharibəni dəstəkləməsi haqda ictimai açıqlamasını görməmişəm. Eyni zamanda, genişmiqyaslı hücum başlayanda o, sosial şəbəkələrdə yazmışdı ki, istənilən müharibəni qınayır və Ukraynada çox dostu var”, - Vyaçeslav Çernuxo-Voliç deyib.
Direktor, həmçinin əlavə edib ki, on ildən çoxdur Bakı teatrı ilə əməkdaşlıq edir və onun keçmiş rejissoru müharibə başladıqdan sonra Ukraynanı dəstəkləyib, ukraynalı artistləri çıxış etmək üçün dəvət edib.
Məlumat üçün bildirək ki, dünyaşöhrətli Anna Netrebko Rusiyanın Xalq artistidir.
Paylaş:
Müəllif : Fuad
Tarix:13-04-2023, 14:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…