Zaur Darab-zadənin yerinə gətirilən Natiq Məmmədov kimdir?
"Assistance Group" şirkətinin sahibi Natiq Məmmədov “Caspian Energy Georgia”nın sədri vəzifəsinə təyin olunub.
Bu barədə məlumat “Caspian Energy Club”dan verilib.
Məlumat üçün qeyd edək ki, bu, son 5 ayda baş verən 2-ci dəyişiklikdir. Belə ki, ötən ilin sentyabr ayında “Caspian Energy Georgia”ya "CinemaPlus" kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının sədri Zaur Darab-zadə təyin olunub.
Natiq Məmmədov 2015-ci ildən sahibkarlıq fəaliyyətiylə məşğul olur. “Caspian Energy Georgia”nın yeni sədri 2015-ci ildən “Assistance Tour Azerbaijan”, 2016-cı ildən “Assistance Construction LTD”, 2017-ci ildən “Fruitaz Agro”, 2018-ci ildən isə “Assistance Tour Georgia” şirkətlərinə rəhbərlik edir.
Natiq Məmmədovun əvəz etdiyi Zaur Darab-zadə isə iş fəaliyyətinə 2000-ci ildə “Premier Studio” şirkətində səs mühəndisi kimi başlayıb. Daha sonra “NAB Group of Companies”, AZMAN, ANS televizyası, Metropol Hotel, İrəli İctimai Birliyi, “Day.az”, “Avto FM”də çalışıb. Zaur Darab-zadə 2020-ci ildə 23 saylı Nəsimi-Səbail seçki dairəsindən deputatlığıa namizəd olsa da seçilməyib.
Onu da qeyd edək ki, sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
“Caspian Energy Club”un İdarə heyətində “Azəriqaz” İB-nin Baş direktoru Ruslan Əliyev və AZAL prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva da yer alır.
Paylaş:
Müəllif : Fuad
Tarix:24-01-2023, 12:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT