reklam
Regionxeberlericom.az » Cəmiyyət » Son günlərin ən soyuq günü gəlir - HAVA PROQNOZU

reklam

Son günlərin ən soyuq günü gəlir - HAVA PROQNOZU


Noyabrın 6-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi ərazilərində intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 9-11° isti, gündüz 11-13° isti olacaq, Bakıda gecə 9-11° isti, gündüz 11-13° isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək.

Nisbi rütubət 80-90 % olacaq.

Azərbaycanın rayonlarında

Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-8° isti, gündüz 11-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-9° isti olacaq.

Avtomobil yollarında vəziyyət

Noyabr ayının 06-da ölkə ərazisində qeyri sabit hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi hissələrində arabir duman olacağı, görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimalı var.




Paylaş:


Müəllif : Tarix:
5-11-2022, 13:21
Sikayət   


loading...
Загрузка...