reklam
Regionxeberlericom.az » Cəmiyyət » Minlərlə ukraynalı necə yoxa çıxıb? – Rusiya uzun illərdir eyni terror taktikasından istifadə edir

reklam

Minlərlə ukraynalı necə yoxa çıxıb? – Rusiya uzun illərdir eyni terror taktikasından istifadə edir








“Fevral ayında Rusiya Kiyev vilayətində yerləşən Buça şəhərini işğal etdikdən sonra sakinlərin əksəriyyəti bu bölgəni tərk etdilər. Lakin Matviy adlı çörəkçi qonşularına kömək etmək üçün Buçada qaldı. Martviyin bacısı Natalya deyir ki, martın 18-də rus hərbçiləri zorla onun evinə soxularaq, qardaşını silah gücüylə naməlum istiqamətə aparıblar. Natalya o vaxtdan bəri qardaşından heç bir xəbər ala bilmədiyini deyir”.

Bunlar Britaniyanın “The Economist” nəşrinin rus hərbçilərinin Ukraynada oğurladığı insanlarla bağlı hazırladığı məqalədə yer alıb. Britaniya nəşri yazır ki, Buçada baş verənlər aysberqin görünən tərəfidir. Aralarında jurnalistlərin, siyasi fəalların və əhaliyə könüllü yardım göstərənlərin olduğu minlərlə ukraynalının sürgünə, həbsxanaya göndərildiyi və öldürüldüyü bildirilir.

Jurnalistlər Sergey Tsıhipa və Oleq Baturinin martın 12-də Rusiya qüvvələrinin törətdiyi vəhşiliklər barədə reportaj hazırlayarkən rus hərbçiləri tərəfindən qaçırıldığı deyilir. Tsıhipanın ögey qızı Anastasiya deyir ki, ruslar onların başlarına torba keçirərək, naməlum bir yerə aparıblar.

İnsan Haqları Təşkilatının üzvü Nadya Dobriansk bildirir ki, ruslar müxalifəti susdurmaq üçün insanları oğurlayırlar: “Məsələn, işğal olunmuş ərazilərdə etiraz aksiyalarına qatılan fəal Mikola Pançenko ərzaq məhsulları alarkən qaçırılıb. Həyat yoldaşı Svetlana deyir ki, maskalı şəxslər onu bir neçə saat sonra evə buraxıblar. Lakin sonra yenidən harasa aparıblar. Ruslar bir ay sonra onu qabırğaları sınmış şəkildə azad ediblər. Pançenko kimi qaçırılan digər qurbanların isə bir çoxunu öldürüblər”.

Məqalədə bildirilir ki, 2014-2021-ci illər ərzində ruslar 2000-dən çox Ukrayna vətəndaşını oğurlayıblar. Rusların uzun illərdir bu terror taktikasından istifadə etdiyi, 2014-cü ildə Krımı ilhaq etdikdən sonra Krım tatarlarının icma liderlərinin yoxa çıxdığı, 1990-cı illərdə Rusiyanın Çeçenistanda apardığı iki müharibə zamanı minlərlə çeçenin müəmmalı şəkildə itkin düşdüyü bildirilir.

Ukraynalı teleaparıcıı Katya Osadça deyir ki, itkin düşən ukraynalıların sayı 10 min nəfərdən çoxdur: “Ukrayna polisi fevralın 24-dən mayın 24-dək Ukraynada 9 mindən çox insanın itkin düşdüyü barədə məlumat yayıb. Hökumət rəsmiəri isə yüz minlərlə Ukrayna vətəndaşının Rusiyaya deportasiya edildiyini açıqlayıb”.




Paylaş:


Müəllif : Tarix:
9-07-2022, 07:02
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər