Quba Avtovağzalı satılır? - FOTOLAR
Qubanın “Yeni Avtovağzal” adlanan avtovağzalının ərazisi satışa çıxarılıb.
RegionXəbərləri.com "Report"a istinadən xəbər verir ki, satışla bağlı elan sosial şəbəkələrdə paylaşılıb.
Paylaşımda göstərilib ki, təxmini ərazisi 1 hektar olan torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır.
Məsələ ilə bağlı açıqlama verən elan sahibi Həmid Mirzəyev satış haqqında elanı özü verdiyini və satışa çıxarılan əmlakın qiymətinin 600 min manat olduğunu bildirib.
O həmçinin əlavə edib ki, əmlakın sənədləri tam qaydasındadır: "Hazırda həmin ərazi avtovağzal üçün icarəyə verilib, ərazi satılan kimi avtovağzal oradan köçürüləcək".
Quba Avtovağzalının direktoru Fikrət Yunusov isə “Report”a açıqlamasında bildirib ki, avtovağzalın satılması ilə bağlı məsələ yoxdur və yayılan elan doğru deyil:
“Düzdür, bura qanuni icarədə olan əmlakdır. Amma buranı heç kim heç kəsə satmır. Avtovağzal da heç bir yerə köçürülmür, öz fəaliyyətini davam etdirir”.
Qeyd edək ki, ictimiləşdirildikdən sonra Quba Avtovağzalının satılması ilə bağlı sosial şəbəkələrdə yerləşdirilmiş elan silinib.
Məlumat üçün bildirək ki, 2011-ci ildə istifadəyə verilmiş Quba Avtovağzalı Kompleksinin ərazisinin ümumi sahəsi 12 380 kvadrat metrdir. Kompleksin iki mərtəbəli inzibati binasının ərazisi isə 700 kvadrat metrdən çoxdur. Binanın birinci mərtəbəsində kassa, gözləmə zalı və kafe, ikinci mərtəbədə isə konfrans zalı və digər inzibati otaqlar var. Avtovağzal binasının fasiləsiz elektrik enerjisi və daimi su ilə təmin olunması məqsədilə transformator stansiyası, su anbarı və nasosxana tikilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:6-04-2022, 17:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT