Azərbaycanlı məşhur İsveçdə zorlama ittihamı ilə həbs olunub - FOTOLAR

İsveçdə yaşayan, əslən Azərbaycandan olan məşhur tatu ustası Natiq Səttarov zorlama ittihamı ilə həbs olunub.
RegionXəbərləri.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə ötən ilin noyabrın 6-da Stokholmun mərkəzində yerləşən “Oxid bar” restoranında baş verib.
Belə ki, Jozef adı ilə də tanınan Səttarov, əvvəllər tanımadığı qadını ayaqyolunda zorlayıb. Məlumata görə, onun təcavüzünü restoranın digər qonaqlarının tualetin qapısını döyməsi dayandırıb.
Keçirilən tibbi müayinə zamanı qadında zorlamanın izləri aşkar edilib. Səttarov ittihamı rədd etsə də, Stokholm məhkəməsi fevralın 3-də onu 8 ay müddətinə azadlıqdan məhrum edib.
Qeyd edək ki, Natiq Səttarov əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni avtomobil idarə etmək və saxta sənədlərdən istifadə etməkdə təqsirli bilinib.
Xatırladaq ki, illər öncə Natiq Səttarovun mərhum meyxanaçı Ağasəlim Çıldağın nikahdankənar oğlu olması ilə bağlı iddialar yayılmışdı. Lakin meyxanaçının qardaşı bu iddianı təkzib etmişdi. Məlumata görə, Natiq Səttarov 2006-cı ildə İsveçdə siyasi sığınacaq alıb. Televiziya ulduzu kimi də tanınan Natiqin instaqramda 250 mindən çox izləyicisi var.
Paylaş:
Müəllif : Fuad
Tarix:12-02-2022, 12:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Məleykə Abbaszadənin “qadın və inək” dastanı – DİM sədri bəlkə özü də ana dilindən imtahan versin?!

Xankəndi stadionunda işləyən fəhlələrin pulu verilmir? – MDB Oyunlar sayılı günlər qalsada işlər yekunlaşmayıb? İDDİA/VİDEO

Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi mənim evimi əlimdən aldı” – Sabirabad sakini Prezidentə müraciət edir

Sağlam adamlar 1-ci qrup əlillik dərəcəsi alır, gerçək xəstələr isə kənarda qalır –ŞOK GÖRÜNTÜLƏR / VİDEO

Gəncə faciəsinin arxasında gizlənən korrupsiya – Zərərçəkmişlərin haqqı kimlərin ciblərinə gedir?

Deputatın külli miqdarda çox vergi borcu olan şirkəti Lənkəran Dövlət Universitetinin tenderini uddu / VİDEO

Vergi borcu olan şirkət Zakir Quliyevin rəis olduğu qurumdan daha 3 tender uddu - FOTOFAKT

İcra hakimiyyətinin işçiləri dövlət torpaqlarını kənar şəxslərə satırlar - Bu cavan başçıda belə....

"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -səbəb göstərilmədən əmək müqavilələrinə xitam verilir

VƏLİYEVLƏRİN TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR -Hər ay toplanan yüz minlər hara xərclənib?