Hüseyn Əliyev UFC-yə düşmək üçün növbəti qələbəsini qazandı - FOTO

30 yaşlı azərbaycanlı idman ustası, 13-4 peşəkar döyüş tarixçəsinə sahib Hüseyn Əliyev ABŞ-ın Hyuston şəhərində “Humble Civic Center” arenasında keçirilən “Fury FC 57 - UFC Fight Pass” yarışmasında gecənin döyüşünə çıxıb.
Bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsi məlumat yayıb.
O, 65 kiloqram çəki dərəcəsində Andres Kintanaya (19-4) qarşı müvəqqəti çempionluq kəməri uğrunda döyüşdə qalib olub. Hüseyn 5 raundun nəticəsində hakimlərin yekdilli qərarı ilə (49-46, 49-46, 50-44) qalib elan edilib.
Qeyd edək ki, Hüseyn Əliyev döyüş öncəsi hazırlığı dünyaca məşhur “American Kickboxing Academy” (AKA) zalında keçirib. Hazırlıq müddətində o, Həbib Nurməhəmmədov, İslam Maxaçev və digər MMA ulduzları ilə birgə məşq edib. Döyüş öncəsi AKA qurucusu və baş məşqçisi Xavyer Mendes və MMA ulduzu Həbib Nurməhəmmədov Hüseyn barədə müsbət fikirlər bildiriblər.
Fury FC peşəkar MMA liqasıdır. UFC şirkəti ilə əməkdaşlıq çərçivəsində turnirin qaliblərinin “UFC Fight Pass” yolu ilə əsas liqaya düşmək şansı var. Döyüşdən bir gün öncə “UFC Fight Pass” şirkəti “Instagram” sosial şəbəkəsində Hüseyn Əliyevi izləməyə başlayıb. Bu da dünyanın 1 nömrəli MMA döyüş şirkətinin həmyerlimizə olan yüksək marağını əks etdirir.

Paylaş:
Müəllif : Fuad
Tarix:12-02-2022, 11:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…