reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bolqarıstanda Azərbaycan qazına qarşı sabotaj

reklam

Bolqarıstanda Azərbaycan qazına qarşı sabotaj














Bolqarıstanın “Bulgargaz” dövlət qaz idxalı şirkəti ölkənin Dövlət Milli Təhlükəsizlik Agentliyinə (DANS) məktub yazaraq bildirib ki, “rəqib maraqlar” Bolqarıstanla Azərbaycan arasında 1 milyard kubmetr qazın idxalına dair müqaviləni təhdid altında qoyaraq sabotaj həyata keçirməyə çalışır. virtualaz.org xəbər verir ki, bu sensasion məlumatı “EURACTIV Bulgaria” nəşri yayıb.

Dekabrın 21-də göndərilmiş məktubun surəti nəşrin əlinə keçib. Orada bildirilir ki, “Bulgargaz” şirkəti DANS-a “maraqlı tərəflərin” Azərbaycanla 2013-cü ildə imzalanmış müqavilədən məxfi informasiyanı yayaraq kommersiya sirrinin pozulmasına səbəb olduqlarını bildirir. Bu isə Azərbaycan tərəfinə əsas verir ki, “Bulgargaz”la müqaviləni pozsun. Bolqarıstanın Azərbaycandan aldığı həmin 1 milyard kubmetr qaz ölkənin qaza olan tələbatının üçdə birini təşkil edir və Bolqarıstan üçün Rusiya qazına ilk real alternativdir.

Belə ki, hazırda Bolqarıstanın qaz təchizatının demək olar 100 faizinə Rusiya şirkəti “Gazprom” nəzarət edir. Yunanıstanla Bolqarıstanı birləşdirəcək qaz kəmərinin tikintisinin 2022-ci ilin sonlarında başa çatdırılması planlaşdırılır və həmin kəmərlə Azərbaycan qazı Bolqarıstana çatdırılmalıdır. Bununla belə Azərbaycan Yunanıstanla Bolqarıstanı birləşdirən hazırki qaz kəməri ilə daha az həcmdə qazı bu ölkəyə satmağa razılaşıb.

Bildirilir ki, “Bulgargaz” şirkəti ilə Azərbaycan tərəfinin imzaladığı müqavilə Bolqarıstan üçün çox sərfəlidir, xüsusən də Avropada enerji daşıyıcılarının qiymətinin sıçrayışla artdığı indiki vaxtda. Əgər rəqib tərəf müqaviləni sabotə edərsə və nəticədə müqavilə pozularsa “Bulgargaz” 73 milyon dollarlıq bank təminatını da itirəcək, nəticədə dövlət şirkəti ağır maliyyə durumu ilə üzləşəcək.

“Bulgargaz”ın məktubunda göstərilir ki, həmin sabotajda iştirak edənlərdən biri “Bolqarıstan Qaz Assosiasiyası” (BGA) adlı şirkətdir. Həmin şirkətin heç internet saytı da yoxdur, amma Azərbaycanla qaz müqaviləsinə dair məxfi informasiyanı sızdırıb. BGA-nın rəhbərliyinə 2015-ci ilə qədər “Bulgargaz”ın rəhbərliyinə daxil olmuş şəxslər daxildir. Energetika nazirinin müavini İva Petrova və energetika naziri Aleksandra Nikolova şirkətin təsisçiləri arasında yer alır. O, əvvəllər keçmiş baş nazir Boyko Borisovun keçmiş tərəfdaşı, biznesvumen Svetelin Borislavovanın yanında işləyib.
















Demokratiyanın Öyrənilməsi Mərkəzinin energetika və iqlim proqramları direktoru Martin Vladimirov “EURACTIV” nəşrinə bildirib ki, Bolqarıstan dövləti uzunmüddətli razılaşmalara düzəliş etmək və “Bulgargaz”ın maraqlarını qorumaq üçün Azərbaycanla fəal dialoq aparmağa cəhd etmir. Əvəzində şirkətin rəhbərliyini dəyişdirmək cəhdləri edilir. Onun sözlərinə görə, hadisələrin belə inkişafından daha çox “Qazprom” udur. Çünki qaz təchizatının şaxələndirilməsi ləngiyir, Rusiya inhisarçı şirkəti isə Bolqarıstan bazarından ona sərf etməyən oyunçuları sıxışdırıb çıxarır.

Vladimirov hesab edir ki, təchizat şaxələndirilmədən həmin elektrik stansiyasının tikintisi Bolqarıstanın Rusiya qazından asılılığını daha da gücləndirəcək.

“Aydındır ki, belə iri və iqtisadi baxımdan gərəksiz stansiyanın tikintisi süni şəkildə daha iri təbii qaz bazarı yaratmağa hesablanıb, bu isə rəqiblərin kommersiya maraqlarına xidmət edir”, - o bildirib.

“Bulgargaz” hələlik məktubuna cavab almayıb. Məktubda o da bildirilir ki, “hökumətdən kənarda olan şəxslər” Azərbaycanla müqavilədən məxfi informasiyaları bloqlarda və “lobbist yazışmalarda” açıqlayıblar. Bu da Bakının “olduqca kəskin reaksiyasına” səbəb olub. Bildirilir ki, Azərbaycan tərəfi informasiyanın sızdırılmasına dair araşdırma və razılaşma tərəflərinin maraqlarına ziyan vuran şəxslərə qarşı məhkəmə iddiaları barədə məlumat almaq istəyir.




Paylaş:


Müəllif : Tarix:
29-12-2021, 15:51
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər