“Azərbaycana yeni dələduzluq metodu gəlib” - Ekspert

“Azərbaycanda yeni bir dələduzluq metodu var. Əslində dünyada yeni deyil, illərdir var amma müşahidələrim və aşkarladığım hadisələr göstərir ki, bizim bazarda bu metod artmağa başlayıb”. Bu barədə ekspert Fərid Pərdəşünas öz “Facebook” profilində yazıb.
O bildirib ki, xüsusən Facebook qruplarında açıq bazar gedir.
“Bəzi işbazlar və telefon satıcıları xaricdən gələn telefonların ucuz qiymətə IMEI qeydiyyatını aparırlar. Bu birbaşa IMEI klonlaması vasitəsilə həyata keçirilir. Əslində hazırda əlinizdə olan cihaz klonlanmış bir IMEI koduna da sahib ola bilər. Bu metodla işbazlar başqa cihazların və yaxud hazırda aktiv olan başqasına məxsus smartfonların IMEI kodlarını yeni gələn cihazlara klonlayıb satırlar. Nəticə necə olur? Əgər siz klonlanmış bir cihaz daşıyıcısınızsa bu sizin üçün real təhlükəlidir.
IMEI qeydiyyatlaırnı dövlətlər aparır və hər bir IMEI kodu cihaz vasitəsilə GSM danışıqlarının həyata keçirilməsi üçün cihazın kimlik kartı hesab edilir. Çalışın bu kodu başqaları ilə bölüşməyin. Azərbaycanda cihazlarınızın qeydiyyatını və yoxlanışını imei(az) saytı vasitəsilə həyata keçirə bilərsiniz”, – deyə ekspert qeyd edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:2-12-2021, 22:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…

Kərəm Mustafayev vəzifəsindən azad edildikdən sonra qızlarının İngiltərədəki şirkətləri və restoranı bağlanıb.

"AZƏRENERJİ"nin prezidenti Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə İngiltərədə alüminium fabriki açır - Şirkəti İsrail vətəndaşı kimi təsis edib

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC