Hərbçilərimizə qumbara atan terrorçuya mükafat veriləcək
Erməni rejissor Arşak Zakaryanın rəhbərlik etdiyi “Ermənistan milli qvardiyası” adlı təşkilat Şuşa şəhəri yaxınlığında azərbaycanlı hərbçilərə qumbara atan Norayr Mirzoyana 1000 dollar yardım edəcək.
Modern.az xəbər verir ki, bu barədə adı çəkilən təşkilatın Facebook səhifəsində bildirilib.“Ermənistan milli qvardiyası Norayr Mirzoyana (ailəsinə) 1000 dollar verəcək və əlavə təşəbbüslə çıxış edəcək”, deyə erməni rejissorun təşkilatı bəyan edib. Qurum Norayr Mirzoyanı “mübarizə lideri” adlandıraraq “onu tək qoymamaq hamımızın borcudur”, - deyə Ermənistana çağırış edib.
Arşak Zakaryanın QHT kimi fəaliyyət göstərən “Ermənistan milli qvardiyası” təşkilatın əslində Ermənistan Təhlükəsizlik Xidmətinə bağlı olduğuna dair məlumatlar var.
Terrorçu Mirzoyana yardım edən və onun timsalında terroru qəhrəmanlaşdıran bu qurum öz çağırışı ilə digər erməniləri Azərbaycana qarşı terrora təşviq edib.Qeyd edək ki, bu o Arşak Zakaryandır ki, ötən il Vətən Müharibəsindən öncə Azərbaycanı təhdid edərək, işğalçı ambisiyasını ortaya qoymuş və Bakının belə zəbt olunacağı ilə bağlı sərsəm açıqlamalar vermişdi.Birinci Qarabağ müharibəsində Azərbaycana qarşı döyüşmüş Arşak Zakaryanın Kəlbəcər işğal altında olanda orada müəyyən biznesi, restoranı vardı. Arşak Zakaryan 2016-cı ildə baş verən "Aprel döyüşləri" zamanı video çəkərək Azərbaycanı hədələmiş, bir də müharibəyə başlayacağı təqdirdə erməni ordusunun Bakıyadək gedib çıxacağını bildirmişdi.
Amma müharibədən sonra onun miskin, rəzil, sınmış vəziyyətdə ermənilərin məğlubiyyətinə ağladığını əks etdirən videosu yayıldı.
Xatırladaq ki, noyabrın 13-də erməni terrorçu Norayr Mirzoyan Şuşa yaxınlığında təxribat törədib. Rəsmi məlumata əsasən, avtomobillə Laçın şəhəri istiqamətində hərəkətdə olan N.Mirzoyan Şuşa şəhərinin Daşaltı kəndinin yaxınlığında maşından düşüb və orada xidmət aparan Azərbaycan Silahlı Qüvvələrinin əsgərlərinə doğru əl qumbarası atıb.
Hadisə nəticəsində üç azərbaycanlı hərbçi xəsarət alıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:14-11-2021, 10:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xalq artisti: “Münsif tələbəsinə 9 xal verirsə, digər iştirakçıların haqqı necə olsun?”

Məleykə Abbaszadənin “qadın və inək” dastanı – DİM sədri bəlkə özü də ana dilindən imtahan versin?!

Xankəndi stadionunda işləyən fəhlələrin pulu verilmir? – MDB Oyunlar sayılı günlər qalsada işlər yekunlaşmayıb? İDDİA/VİDEO

Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi mənim evimi əlimdən aldı” – Sabirabad sakini Prezidentə müraciət edir

Sağlam adamlar 1-ci qrup əlillik dərəcəsi alır, gerçək xəstələr isə kənarda qalır –ŞOK GÖRÜNTÜLƏR / VİDEO

Gəncə faciəsinin arxasında gizlənən korrupsiya – Zərərçəkmişlərin haqqı kimlərin ciblərinə gedir?

Deputatın külli miqdarda çox vergi borcu olan şirkəti Lənkəran Dövlət Universitetinin tenderini uddu / VİDEO

Vergi borcu olan şirkət Zakir Quliyevin rəis olduğu qurumdan daha 3 tender uddu - FOTOFAKT

İcra hakimiyyətinin işçiləri dövlət torpaqlarını kənar şəxslərə satırlar - Bu cavan başçıda belə....

"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -səbəb göstərilmədən əmək müqavilələrinə xitam verilir

VƏLİYEVLƏRİN TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR -Hər ay toplanan yüz minlər hara xərclənib?

“Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri

Bu hospitalda cərrah əvəzinə "dəllal"lar işləyir: Nilufəri ÖLDÜRƏN HƏKİM niyə həbs olunmur? - VİDEO