Bu gün yay fəsli daxil olur: dəhşətli İSTİLƏR QABAQDADIR

Bu gün Azərbaycana yay fəsli daxil olacaq.
regionxeberlericom.az bildirir ki, bu barədə Lent.az -a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov deyib. O bildirib ki, yay fəsli bu gün 19.54-də ölkəyə daxil olacaq:
“Buna həm də yay Günəş tutuluşu deyilir. Bu o deməkdir ki, günəş üfüqdən ən hündürdə olur. Beləliklə, günəş şüalarının istiqaməti ilə yerin fırlanma oxu ən kiçik bucaq əmələ gətirir və günəş şüaları yer səthinə, xüsusilə də şimal yarımkürəsinə yaxşı düşür”.
2019-cu ilin yay fəslinin hava proqnozu ilə bağlı Lent.az -a danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, bu gün Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək:
“Həmçinin şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Lakin sonrakı günlərdə günorta saatlarında 30-36 dərəcə istilik təşkil edəcək. Əksər rayonlarda yağmursuz hava müşahidə olunsa da, axşam saatlarında, bəzi şimal və qərb rayonlarında yağış yağacağı ehtimal olunur”.
G.Məmmədova əlavə edib ki, iyul, avqust ayları yay aylarının ən isti ayları kimi xarakterizə olunur:
“İlkin məlumatlara görə iyul, avqust aylarında havanın temperaturu iqlim normasına yaxın olacaq. Bəzi günlərdə bir qədər isti olacağı gözlənilir. Yağıntılara gəldikdə isə o da iqlim normasına yaxın olacaq, bəzi yerlərdə isə yağıntıların iqlim normasından az olacağı proqnozlaşdırılır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:21-06-2019, 09:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:21-06-2019, 09:43
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 16:01
Dünən, 15:59
Dünən, 15:58
Dünən, 09:32
Dünən, 08:23
3-09-2025, 20:54
3-09-2025, 10:22
3-09-2025, 10:04
3-09-2025, 08:13
2-09-2025, 15:37
2-09-2025, 12:15

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT