reklam
Regionxeberlericom.az » Cəmiyyət » Azərbaycan Ordusunun şəhid hərbi qulluqçusu dəfn edilib - YENİLƏNİB + FOTO

reklam

Azərbaycan Ordusunun şəhid hərbi qulluqçusu dəfn edilib - YENİLƏNİB + FOTO


Oktyabrın 14-də saat 18:15 radələrində qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan  atəş nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Əfqan Həmzəyev dəfn olunub.
Ə.Həmzəyevin cənazəsi Goranboy rayon Borsunlu kənd qəbiristanlığında torpağa tapşırılıb. 
Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri, hərbçilər və sakinlər iştirak ediblər.





Ötən gün şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 2002-ci il təvəllüdlü Həmzəyev Əfqan Bəhman oğlu ilə Goranboyda, doğulduğu Borsunlu kəndində vida mərasimi başlayıb.
Vida mərasimindən sonra şəhid Borsunlu kənd qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri növbəti dəfə terror aktı törədib. Müdafiə Nazirliyindən verilən xəbərə görə, oktyabrın 14-də saat 18:15 radələrində qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhram oğlu şəhid olub.
Bu terror təxribat əməlinin araşdırılması üçün Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə sorğu göndərilib. (Oxu.az)









Paylaş:


Müəllif : Tarix:
15-10-2021, 14:17
Sikayət   


loading...
Загрузка...