Oktyabr 1-dən hansı qaydalar sərtləşdiriləcək? - Diqqət!

Sentyabrın birindən bir sıra məkanlara girişlə bağlı COVID pasportu tələbi qoyulub. Sözügedən pasportu olmayan, yaşı 18-dən yuxarı olan şəxslər ictimai iaşə müəssisələrinin, mehmanxanaların və iri ticarət mərkəzlərinin xidmətlərindən istifadə edə bilmirlər.
Oktyabrın 1-dən isə qaydalar daha da sərtləşdiriləcək.
Əgər 1 sentyabrdan bəzi müəssisələrdə əməkdaşların koronavirusa qarşı birinci doz peyvənd olunması yetərli hesab olunurdusa, gələn aydan belə olmayacaq.
Bizim.Media Nazirlər Kabinetinin müvafiq qərarlarına istinadən həmin tatixdən tətbiq olunacaq qaydaları təqdim edir.
1. Dövlət orqanlarının əməkdaşlarının ən azı 80 faizinin COVID-19-a qarşı ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunacaq.
2. Mülkiyyət formasından asılı olmayaraq, bütün tibb və əczaçılıq müəssisələri, elm və təhsil müəssisələri işçilərinin azı 80 faizinin COVID-19-a qarşı ikinci doza peyvənd olunması və ya immunitet sertifikatının olması tələb ediləcək.
3. Kommunal, nəqliyyat, logistika və kommunikasiya, sosial, turizm və digər sahələr, eyni zamanda maliyyə xidmətləri üzrə iş və xidmət sahələrində fəaliyyət göstərən müəssisələrin də işçilərinin azı 80 faizinin ikinci doza peyvənd olunması və ya immunitet sertifikatının olması tələbi qüvvəyə minir. Bu sahədə işçilərin əmək və ya mülki müqavilələrlə işləməsinə fərq qoyulmayacaq.
Qeyd edək ki, ekspertlər bundan sonra veriləcək sərtləşdirmə qərarlarının daha çox COVID pasportunun tələbi ilə bağlı olacağını gözləyirlər.
Onların fikrincə ötən il olduğu kimi, qapanmaların tətbiq olunacağı hələ ki, gözlənilmir. Sentyabrın sonundan orta, orta ixtisas və ali məktəblərdə əyani tədrisin bərpası ilə bağlı verilən qərar da sərt yanaşmanın vaksinasiya ilə bağlı ortaya qoyulacağını deməyə əsas verir.
Ekspertlər ictimai nəqliyyat və açıq havada olan məkanlarda COVID pasportu tələbinin oktyabr ayında pandemiyanın hansı istiqamətdə inkişafından asılı olacağını düşünürlər.
Bizim.Media
Paylaş:
Müəllif : Yazar
Tarix:13-09-2021, 13:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:13-09-2021, 13:18
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 16:01
Dünən, 15:59
Dünən, 15:58
Dünən, 09:32
Dünən, 08:23
3-09-2025, 20:54
3-09-2025, 10:22
3-09-2025, 10:04
3-09-2025, 08:13
2-09-2025, 15:37
2-09-2025, 12:15

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT