Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşlara müraciət etdi - Diqqət!
Bakı şəhərində 2 gün ərzində davam edən güclü siklon və qeyri-sabit hava şəraitinin törətdiyi fəsadların tam aradan qaldırılması və genişmiqyaslı təmizlik işlərinin aparılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən iyul ayının 31-də şəhərin bütün rayonlarında geniş daxili iməclik keçirilməsi qərara alınıb.
Daxili iməclik zamanı prospekt və küçələr, səki kənarları, bordyur və işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, reklam lövhələri, ağaclar və yaşıllıq zolaqları yuyulacaq, zədələnmiş ağaclar budanacaq, digər təmizlik və dezinfeksiya işləri görüləcəkdir.
Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərini bu təmizlik işlərində fəal olmağa çağırır, həmçinin sahibkarlar və özəl sektorda çalışanlara müraciət edərək onları özlərinə məxsus ticarət, ictimai-iaşə və digər obyektlərin fasad və vitrinlərində, obyektlərinin qarşısında təmizlik və səliqə-sahman yaradılmasında iştirak etməyə dəvət edir.
Bununla da hər birimiz paytaxtımızın daha da gözəlləşməsinə öz töhfəmizi vermiş olacağıq.
Paylaş:
Müəllif : Yazar
Tarix:30-07-2021, 09:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:30-07-2021, 09:42
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 10:03
Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ
1-05-2024, 15:43
Latviya prezidenti piyada keçidində maşının altında qalmaqdan son anda xilas oldu - FOTO
1-05-2024, 14:56