Türkiyə yeni kamikadze-dronu uğurla sınaqdan keçirib

Türkyədə yeni pilotsuz zərbə uçuş aparatı (PUA) sınaqdan keçirilib. Kamikadze-dron «ALPAGÜ» döyüş şəraitində uğurla sınaqdan çıxıb. Bu barədə ölkənin Müdafiə Sənayesi naziri İsmail Demir xəbər verib («Anadolu»).
Bildirilir ki, PUA Türkiyənin STM şirkətinin mühəndisləri tərəfindən işlənib hazırlanıb. PUA yer səthindən modul lülə konteyneri vasitəsilə buraxılır. Sınaqlar «Aksaray» poliqonunda keçib. Dron havada təxminən 10 dəqiqə olub və hədəfi izləyib, sonra isə onu məhv edib.
Yüksək manevr qabiliyyəti sayəsində dron zərbə endirdiyi ana qədər şərti düşmən üçün görünməz olub. Dron birbaşa görünməyən hədəfləri yüksək dəqiqliklə vurmaq üçün nəzərdə tutulub.
Xatırladaq ki, Qərb KİV-lərində Qarabağ müharibəsindən sonra belə yazılar meydana çıxıb ki, Türkiyənin döyüş dronları «geosiyasəti dəyişir».
Türkiyənin kəşfiyyat-zərbə «Bayraktar TB2» dronları Suriyada, Liviyada və Qarabağda - Ankara və Moskvanın maraqlarının əhəmiyyətli dərəcədə fərqləndiyi bölgələrdə istifadə olunub. Məhz belə aparatların istifadəsi sayəsində, hərbi ekspertlərin qiymətləndirmələrinə görə, Bakı Qarabağ bölgəsində hava üstünlüyü əldə edib, Ermənistan HHM sistemlərini uğurla məhv edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:19-06-2021, 08:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:19-06-2021, 08:12
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
9-09-2025, 14:26
9-09-2025, 10:07
9-09-2025, 10:04

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...