Ramazanın 27-ci gününün özəlliyi nədir? – İlahiyyatçı
İslam alimləri bir sıra məsələləri nəzərə alaraq, Ramazan ayının 27-ci gecəsinin Qədr gecəsi olduğunu bildirirlər.
Bu sözləri açıqlamasında ilahiyyatçı Ağa Hacıbəyli Ramazan ayının 27-ci gününün əhəmiyyəti barədə danışarkən deyib. O, 27-ci gecənin niyə Qədr gecəsi hesab olunmasını belə izah edib:
“Bildiyiniz kimi, Qədr gecəsi Qurani-Kərimin nazil olduğu gecədir. Qurani-Kərim islam dünyasının müqəddəs kitabı olduğundan dolayı onun Yer üzünə gəlməsi müsəlmanlar üçün çox önəmlidir. Qurani-Kərimdə bununla bağlı özəl “Qədr” surəsi var. Bu baxımdan müsəlmanlar bu gecənin hansı gecə olduğunu çox araşdırırlar. Peyğəmbərimizin hədislərində də qeyd olunur ki, Qədr gecəsini son 10 günün içərisində axtarmaq lazımdır. Qədr gecəsinin Ramazan ayının son ongünlüyünün tək gecələrinə təsadüf etdiyi bildirilir. Qurani-Kərimdə “Qədr” surəsinin 27-ci hərfi “hiyə”dir. “Hiyə” ərəb dilində üçüncü şəxsin təkində “o” (qadın) deməkdir. Ayə də qadın cinsində olduğundan dolayı islam alimləri həmin işarənin 27-ci gecə olduğuna dair dəlil kimi ortaya qoyurlar. Müsəlmanlar 27-ci gecənin üzərində daha çox dayanır. Çünki insan qəlbində 27 gün ərzində təmizlənmə getdiyi bildirilir”.
İlahiyyatçı Əhya və Qədr gecələri arasındakı fərqdən də danışıb:
“Əslində, müsəlmanların Qədr gecəsi dedikləri Əhya gecəsidir. Çünki “əhya” sözünün mənası “canlı qalmaq” deməkdir. Yəni insanlar o gecənin Qədr gecəsi olduğunu zənn edərək, oyaq olur və səhərə qədər yatmadan ibadət edir. Amma normalda həqiqi mənası ilə Qədr gecəsi bir gecədir və hansı günə düşməsi dəqiq bilinmir. Ramazan ayının son ongünlüyünün hamısında əhya etmək - oyaq qalmaq olar. Həqiqi müsəlmanlar Ramazan ayının son ongünlüyündə daha çox ibadət edirlər”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:1-06-2019, 08:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:1-06-2019, 08:53
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 22:00
“Ərdoğan Azərbaycan və Ermənistan arasında keçiriləcək görüşdən müsbət nəticə gözləyir”
Bu gün, 14:26
Nazirlik Əli Həsənova bağlı şirkətlə 115 min manatlıq müqavilə imzaladı – Müəmmalı tender
Dünən, 09:40
Azərbaycanlı iş adamının “Qalatasaray”dakı işinə xitam veriləcək? - AÇIQLAMA + YENİLƏNİB
Dünən, 08:52
Mehdiyevin kürəkəninin adı hallanan 3 milyonluq qalmaqalın sübutu gizlədilib? - TƏFƏRRÜAT
Dünən, 08:47
Leyla Əliyeva yaşıllıq salır, Nizami rayon başçısı Cəbrayılov isə... - FAKTLARIN dili ilə
6-05-2024, 14:13
Ekspertdən Emin Əmrullayev və Məleykə Abbaszadəyə MÜRACİƏT: - "II ixtisas qrupundan ümumi tarix fənni ÇIXARILSIN"
6-05-2024, 12:46
Zərərçəkənin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar
6-05-2024, 12:23
Azərbaycanda «Green card» udmaq asandırmı? Azərbaycanda «Green card» udmaq asandırmı? İndiyədək neçə nəfər udub? – İLLƏR, SAYLAR
6-05-2024, 12:17
"Azercell"dən ölkə turizm inkişafına zərbə - "Relaxs" Ailəvi İstirahət Mərkəzini internetsiz qoyub
6-05-2024, 12:10