Nazirdən polisə tapşırıq: müraciətlərə həssaslıqla yanaşın
Aprelin 22-də Daxili İşlər Nazirliyində (DİN) videokonfrans formatında mülkiyyət əleyhinə cinayətlər, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə, cinayət işlərinin istintaqı və təhqiqat sahəsində fəaliyyətin nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclası keçirilib.
Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
İclası giriş sözü ilə açan nazir, general-polkovnik Vilayət Eyvazov kriminogen duruma təsiri, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi baxımından bu istiqamətlərdə ətraflı müzakirələrin aparılmasının və qarşıda duran vəzifələrin müəyyən edilməsinin zəruriliyini bildirib.
Gündəlikdəki məsələlərlə bağlı Baş Cinayət Axtarışı İdarəsinin rəisi polis general-mayoru Arzu Daşdəmirov, Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi polis polkovniki İslam Hümbətov və Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi polis general-mayoru Emil Usubov məruzə edərək həyata keçirilən tədbirlərdən, əldə edilmiş nəticələrdən danışıblar.
Məruzəətrafı çıxışlarda aidiyyəti ərazi orqanlarının rəisləri görülmüş işlər və mövcud olan çatışmazlıqların aradan qaldırılması üzrə həyata keçirilən tədbirlər barədə məlumat veriblər.
Kollegiya iclasına yekun vuran general-polkovnik V.Eyvazov cari ilin birinci rübündə asayişin və ictimai təhlükəsizliyin təmini ilə bağlı qarşıya qoyulmuş vəzifələrin bütövlükdə layiqincə yerinə yetirildiyini, cinayətkarlığa qarşı mübarizədə, insan hüquq və azadlıqlarının qorunması sahəsində əldə olunmuş müsbət nəticələrin hesabat dövründə də qorunub saxlanıldığını və inkişaf etdirildiyini diqqətə çatdırıb. Həmçinin, xidməti fəaliyyətdə səmərəliliyin artırılması, xüsusən vətəndaşların narkotiklərin ziyanlı nəticələrindən qorunması, həmin vasitələrin tranzit daşınmasının qarşısının alınması, bu işin sərhədyanı bölgələrdə daha da gücləndirilməsi üzrə tapşırıq və tövsiyələrini verib.
Eyni zamanda, vətəndaş məmnunluğunun təmin edilməsinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdən olduğunu xatırladan nazir bütün müraciətlərə həssaslıqla yanaşılmasının, cinayətlər nəticəsində vurulmuş maddi ziyanın ödətdirilməsinin, hər bir şəxsin hüquq və azadlığının, qanuni mənafeyinin etibarlı müdafiəsinin, bütövlükdə polisin səlahiyyətinə aid vəzifələrin peşəkarlıqla yerinə yetirilməsinin vacibliyini nəzərə çatdırıb.
General-polkovnik Vilayət Eyvazov əmin olduğunu bildirib ki, daxili işlər orqanlarının şəxsi heyəti bundan sonra da qanunvericiliklə müəyyən edilmiş funksiyaları layiqincə həyata keçirəcək, ölkədə sabitliyin, əmin-amanlığın davamlılığının təmin edilməsi üçün qüvvə və bacarığını əsirgəməyəcəkdir.
Paylaş:
Müəllif : Fuad
Tarix:22-04-2021, 22:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:22-04-2021, 22:03
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 11:45
Bu gün, 09:32
Bu gün, 09:07
Bu gün, 08:23
Dünən, 10:22
Dünən, 10:04
Dünən, 08:13
2-09-2025, 15:37
2-09-2025, 12:15
2-09-2025, 12:12

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…