40 kənd və bir rayon Azərbaycan əsgərinin nəzarətinə keçdi - DETALLAR

44 günlük Vətən müharibəsi Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Düşməni döyüş meydanında darmadağın edən şanlı ordu, öz əzəli və əbədi torpaqlarını işğaldan azad etdi. Ermənistanın məğlubiyyətini əks etdirən 10 noyabr bəyanatından sonra sərhədlərin müəyyən edilməsi (demarkasiya) nəticəsində yeni ərazilər Azərbaycana təhvil verilir.
Mövzu ilə bağlı fikirlərini şərh edən politoloq Əziz Əlibəyli deyir ki, 10 noyabr sazişi əsasında indiyə qədər Azərbaycana 30-dan artıq kənd qaytarılıb: “Bunlar Cəbrayılın, Qubadlının və Laçının müəyyən kəndləridir ki, döyüş nəticəsində onlar qaytarılmamışdı. Qazağın 7 kəndi və Kərkinin məsələsi ona görə həll olunmalıdır ki, dəhliz problemi öz həllini tapsın. Dəhliz problemi həllini tapdıqdan sonra, Qazağın 7 kəndi və digər məsələlər həll olunacaq”.
Əziz Əlibəylinin sözlərinə görə, demarkasiya nəticəsində Ermənistanın 40 kəndi və Qeqarkunik rayonu Azərbaycan əsgərinin nəzarəti altına düşüb: “Qeqarkunik rayonu Göyçə gölünün sahillərini əhatə edir. Bu ərazilər Göyçənin qədim Kəvər elləri dediyimiz bölgələrə aiddir. O bölgələrin Azərbaycanla sərhəd olan hissələrində – Tovuz, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Qubadlı və digər rayonlarda Müdafiə Nazirliyinin və Sərhəd Qoşunlarının əsgərləri döyüş xidməti həyata keçirirlər. Bu bölgələrdə həm sərhədin tam şəkildə təmin edilməsi, həm də demarkasiya ilə bağlı yeni sərhədlərin müəyyənləşdirilməsi nəticəsində 40-a yaxın kənd və Qeqarkunik şəhəri Azərbaycan əsgərinin nişangahı altına düşüb”. / Konkret.az
Paylaş:
Müəllif : Fuad
Tarix:12-02-2021, 18:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:12-02-2021, 18:46
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 10:22
Bu gün, 10:04
Bu gün, 08:13
Dünən, 12:15
Dünən, 12:12
Dünən, 08:13
1-09-2025, 11:34
1-09-2025, 08:26
1-09-2025, 08:25

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…

Kərəm Mustafayev vəzifəsindən azad edildikdən sonra qızlarının İngiltərədəki şirkətləri və restoranı bağlanıb.

"AZƏRENERJİ"nin prezidenti Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə İngiltərədə alüminium fabriki açır - Şirkəti İsrail vətəndaşı kimi təsis edib

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC