reklam
Regionxeberlericom.az » Cəmiyyət » "Elman Nəsirov Göyçayda maklerlik edir" YAP-ın qocaman üzvü deputat barədə prezidentə şikayət etdi

reklam

"Elman Nəsirov Göyçayda maklerlik edir" YAP-ın qocaman üzvü deputat barədə prezidentə şikayət etdi


"Cənab prezident Mən 1992-ci il YAP-ın üzvüyəm. Göyçay rayon Kürd kəndi ərazisində 0,5 ha olan torpaq sahəsi üzərində Göyçay rayon Potu Bələdiyyəsinin mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmışdır. Bundan sonra Göyçay rayon Potu Bələdiyyəsi 0,5 ha olan torpaq sahəsinin hərrac və müsabiqə vasitəsi ilə satılması üçün Göyçay rayon Torpaq Hərrac və Müsabiqə komisiyyasına müraciət etmişdir. Müsabiqənin keçirilməsi 06 may 2014-cü il tarixə təyin edilmişdir. Mən Göyçay rayon Torpaq Hərrac və Müsabiqə komisiyyası tərəfindən 06 may 2014-cü il tarixdə keçirilən müsabiqənin qalibi olmuş və mənə 07 may 2014-cü il tarixdə müvafiq şəhadətnamə verilmişdir. Bundan sonra həmin 0,5 ha torpaq sahəsi üzərində mülkiyyət hüququm dövlət reyestrində qeydə alınmış və mənə çıxarış verilmişdir.
01 noyabr 2015-ci il tarixdə Elman Nəsirov 89 saylı Göyçay – Ağdaş seçki dairəsindən Milli Məclisə deputat seçilib. Bundan sonra Göyçaylıların qara günləri başladı. Belə ki, Elman Nəsirov seçiciləri ilə görüşmək və onların problemləri ilə maraqlanmaq əvəzinə maklerlik fəaliyyətinə üstünlük verdi.
Əsasən qonorar müqbilində vətəndaşları məhkəmə hakimlərinə və sədrlərinə tapşıran və işin udulması müqabilində şirinlik adı altında pul mükafatları alan Elman Nəsirov indidə mənim işimdə maklerlik edir.
Göyçay rayonu, kürd kəndində yaşayan Ərzulla Bəşirovla aramızda yaranmış mübahisənin Ərzulla Bəşirovun xeyrinə həll olunması üçün Elman Nəsirov dəridən-qabıqdan çıxır. İşə sədrlik edən hakimə zəng edərək, Elman Nəsirov onu özünün seçicisi kimi təqdim edib, hakimlərə açıq-aşkar təyziq edir.
Halbu ki, Ərzulla Bəşirov 89 saylı deyil, 88-saylı Göyçay – Ağdaş seçki dairəsindən seçicidir. Yəni Elman Nəsirovun seçicisi deyil.
Cənab Prezident deputat Elman Nəsirov Şəki Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərova telefonla zəng edib “Ərzulla Bəşirov Milli Məclisin inzibati binasındadır, mənim qəbulumdadır” deyərək, Şəki Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərovdan xahiş edib ki, Ərzulla Bəşirovun işinə düzgün baxılsın. Əslində məhkəmə sədrindən dolayı yolla işin Ərzulla Bəşirovun xeyrinə həll olunmasını xahiş edib.
Lakin Şəki Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov bilmir ki, deputat Elman Nəsirov burda pul qazanır. O bu hərəkəti ilə seçicinin qeydinə qalmır. O, öz maraqlarını güdür.
Cənab Prezident, təsəvvür edin ki, Elman Nəsirov işin nəticəsində o qədər maraqlıdır ki, hətta özü şəxsən gəlib torpaq sahəsinə baxış keçirib. Hətta “burda yaxşı MOTEL tikmək olar” deyib.
Elman Nəsirov hakimə zəng edərək, iş üzrə Ərzulla Bəşirovun xeyrinə qərar qəbul edilməyəcəyi təqdirdə özünə yaxın yuxarı dairələrin köməkliyi ilə onun məsələsinin məhkəmə hüquq şurası səviyyəsində həll olunacağı ilə hədə-qorxu gəlir. Məhkəmənin sədrini üzdən-gözdən salır, utandırır. Təəssüf hissi ilə qeyd edirəm ki, işə baxan hakimlər ədalətli qərar qəbul etmək əvəzinə, onun sözündən çıxmaq istəmirlər. Bu səbəbdən qanunun tələblərinə əməl edilməklə adıma verilmiş sənədlər məhkəmə tərəfindən ləğv edilmişdir.
Qeyd etdiyim inzibati iş Ali Məhkəmənin hakimi cənab Rahib Nəbizadənin sədrliyi ilə Ali Məhkəmədə baxılacaqdır. Ehtiyat edirəm ki, Elman Nəsirov Ali Məhkəmənin hakimi cənab Rahib Nəbizadəyə zəng vurar, onu da inandırmağa çalışar.
Bu səbəbdən Sizə müraciət edirəm.
Cənab prezident, Ali Məhkəmənin icraatında olan 11 iyun 2019-cu il tarixə təyin edilmiş 2-1[102]-1613/2019 nömrəli işi öz nəzarətinizə götürməyinizi, 89 saylı Göyçay – Ağdaş seçki dairəsindən Milli Məclisə deputat seçilən Elman Nəsirovun etdiyi zülmdən bizi xilas etməyinizi, onun fəaliyyətinin nəzarətə götürməyinizi və Elman Nəsirovun pul mükafatları müqabilində vətəndaşların işinə qarışmasının Milli Məclis səviyyəsində qadağan edilməsinə köməklik etməyinizi xahiş edirəm."

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq...

regionxeberlericom.az








Paylaş:


Müəllif : Tarix:
7-05-2019, 00:22
Sikayət   


loading...
Загрузка...