reklam
Regionxeberlericom.az » Cəmiyyət » Azərbaycanda son sutkada 144 nəfər COVID-19-a yoluxub, 149 nəfər sağalıb, 1 nəfər vəfat edib

reklam

Azərbaycanda son sutkada 144 nəfər COVID-19-a yoluxub, 149 nəfər sağalıb, 1 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 144 yeni yoluxma faktı qeydə alınıb, 149 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 40 453 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 38 217 nəfər müalicə olunaraq sağalıb, 594 nəfər vəfat edib, aktiv xəstə sayı 1 642 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 248, ötən müddət ərzində isə ümumilikdə 1 126 538 test aparılıb.


Paylaş:


Müəllif : Tarix:
2-10-2020, 16:18
Sikayət   


loading...
Загрузка...