Bakının mərkəzində qalmaqal- Tarixi binada evinə lift çəkdirir (Video)

Bakının mərkəzi küçəsində yerləşən tarixi bina tarixə qovuşmağa yaxındır. Belə ki, həmin ünvanda yaşayan paytaxt sakini 20-ci əsrin əvvəllərində inşa olunmuş tikilini istəyi kimi istifadə etməyə çalışır.
Bu barədə həmin binanın narazı sakinləri şikayət məktubu ilə müraciət ediblər.
Qeyd edilir ki, sözügedən tikili “Tarqovı” kimi tanınan, Bakının Nizami küçəsində yerləşən 50 saylı yaşayış binasıdır:
“Bu dörd mərtəbəli binanı Tağıyev qardaşları 1903-cü ildə inşa edib və memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur. Bina hər gün minlərlə yerli və xarici turistlərin diqqətini cəlb edir. Bakının gözəlliyini təcəssüm etdirən reklam çarxlarında bu bina həmişə önə çəkilir. Buraya əsas giriş də həmin məşhur küçədəndir. Yuxarı qalxmaq üçün rahat və işıqlı pilləkan qəfəsi inşa edilib. Lakin müvafiq qurumların müdaxilə etməyəcəyi təqdirdə bir neçə gün sonra binanın tarixiliyindən, gözəlliyindən əsər əlamət qalmayacaq. Binanın pilləkan qəfəsindəki pəncərələri iri şveller və armatur toxumaları ilə betonlanaraq bağlanacaq”.
Sakinlər bildirir ki, binanın 4-cü mərtəbəsində yaşayan sakin Məmmədov Rəhim Məmməd oğlu binanın həmin pəncərələrini bağlayaraq özünə şəxsi lift inşa edəcək: “Qonşular və mülkiyyətçilər tikintinin dayandırılması üçün məhkəmə mübahisəsi açsalar da, tikintinin dayandırılması barədə qərar verilsə də, həmin şəxs buna məhəl qoymayaraq tikintini daha sürətlə davam etdirir”.
Sakinlər həmçinin bütün ölkə vətəndaşları buna biganə qalmamağa çağırır.

Paylaş:
Müəllif : Redaktor
Tarix:8-04-2019, 14:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:8-04-2019, 14:28
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 10:22
Bu gün, 10:04
Bu gün, 08:13
Dünən, 12:15
Dünən, 12:12
Dünən, 08:13
1-09-2025, 11:34
1-09-2025, 08:26
1-09-2025, 08:25

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…

Kərəm Mustafayev vəzifəsindən azad edildikdən sonra qızlarının İngiltərədəki şirkətləri və restoranı bağlanıb.

"AZƏRENERJİ"nin prezidenti Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə İngiltərədə alüminium fabriki açır - Şirkəti İsrail vətəndaşı kimi təsis edib

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC