Röyadan Ermənistanla sərhəddə yaşayan nənəyə jest - Bütün xərcləri üzərinə götürdü

Bloger Tural Yusiflinin Qazax rayonun Quşçu Ayrım kəndində lentə aldığı və evinin təmirə ehtiyacı olduğunu deyən 75 yaşlı Əsmər Cəfərovanın evinin təmir xərclərini Xalq artisti Röya öz üzərinə götürüb.
regionxeberlericom.az xəbər verir ki, bu barədə Yeniavaz.com-a elə Tural Yusiflinin özü məlumat verib:
“Az öncə məlumat aldım ki Xalq artisti Röya Qazaxda Əsmər nənənin yanındadır və evin təmiri üçün bütün xərcləri öz üzərinə götürüb”.
T. Yusifli həmçinin bildirir ki, nənəyə kömək etmək istəyənlər olsa da onun övladının şəhid statusu olmadığı üçün bir çoxları bu fikrindən daşınıb: “Bu yaxın günlərdə Qazaxın Quşçu Ayrım kəndində yaşayan 77 yaşlı Əsmər nənənin sosial problemini əks etdirən video paylaşım etmişdim. Mənə çox zənglər gəldi, bu video üçün nənəyə yardım etmək istəyənlər var idi. Lakin nənənin oğlunun rəsmi şəhidlik statusu olmadığı üçün bir çoxu bu köməkdən yayındılar. Səbəb isə o idi ki, Əsmər nənənin oğlu Murad 4 il Qarabağda ağır döyüşlərdə olub və sağlamlığını itirərək hərbidən təxris edilib evə göndərilib”.
Qeyd edək ki, blogerin lentə aldığı videoda Əsmər nənənin səmimiyyəti insanların rəğbətini qazanmışdı. O həmçinin bu video vasitəsilə evinin təmirsizliyinə diqqəti çəkmiş və köməyə ehtiyacı olduğunu bildirmişdi. Nənənin "75 ildir mən burada yaşayıram. Camaat getsə də mən burada, kəndimdə öləcəm. Torpaq anadır! ana! Oğlum kənddə dəfn olunub, mən onu qoyub hara gedim? Sizin kimi oğullara arxalanmışam" sözləri isə videonun ən yaddaqalan hissəsi idi.
Paylaş:
Müəllif : Yazar
Tarix:17-12-2019, 15:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:17-12-2019, 15:50
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 10:22
Bu gün, 10:04
Bu gün, 08:13
Dünən, 12:15
Dünən, 12:12
Dünən, 08:13
1-09-2025, 11:34
1-09-2025, 08:26
1-09-2025, 08:25

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…

Kərəm Mustafayev vəzifəsindən azad edildikdən sonra qızlarının İngiltərədəki şirkətləri və restoranı bağlanıb.

"AZƏRENERJİ"nin prezidenti Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə İngiltərədə alüminium fabriki açır - Şirkəti İsrail vətəndaşı kimi təsis edib

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC