Noyabrın 30-u Ümumdünya Ev Heyvanları Günüdür

Hər il noyabrın 30-da bir sıra ölkələrdə Ümumdünya Ev Heyvanları Günü qeyd edilir.
Belə bir bayram təsis edilməsi ideyası Beynəlxalq Təbiəti Mühafizə Hərəkatı tərəfdarlarının 1931-ci ildə Florensiyada (İtaliya) keçirilmiş konqresində irəli sürülüb. O vaxt müxtəlif ekoloji təşkilatlar və təbiəti mühafizə cəmiyyətləri insanlarda bütün canlıların, o cümlədən ev heyvanlarının taleyi üçün məsuliyyət hissi tərbiyə etməyə yönəlmiş müxtəlif tədbirlər keçirməyə hazır olduqlarını bildirirdi. O vaxtdan hər il qeyd olunan, insan tərəfindən əhliləşdirilmiş bütün heyvanlara həsr edilən bu bayram “dördayaqlı dostlarımız”ın taleyinə görə məsuliyyət daşıdığımızı bütün bəşəriyyətə xatırladır.
Həmin günün devizi kimi Antuan de Sent-Ekzüperinin məşhur əsərinin qəhrəmanı Balaca Şahzadənin bu sözləri seçilib: “Sən əhliləşdirdiyin heyvanlara görə həmişə cavabdehsən”.
Ümumdünya Ev Heyvanları Gününə həsr edilmiş tədbirlər çox müxtəlifdir və hər ölkədə fərqli şəkildə keçirilir. Bəzi ölkələrdə heyvanların qəddar davranışdan müdafiəsi üçün piketlər, digər ölkələrdə heyvanlar üçün sığınacaq və ya klinikalar yaradılmasına kömək məqsədilə fləşmoblar, üçüncü ölkələrdə pişik və it sərgiləri, digər maraqlı tədbirlər təşkil olunur. Son illərdə Ümumdünya Ev Heyvanları Günündə “Zınqırov” aksiyası keçirmək ənənəsi bütün dünyada geniş yayılmaqdadır. Bu tədbir zamanı hər hansı ölkənin və ya şəhərin heyvanxanalarında bir dəqiqə ərzində zınqırovlar səslənir, beləliklə hamının diqqəti heyvanların müdafiəsi problemlərinə cəlb olunur.
Bütün bu aksiya və tədbirlərin əsas məqsədi geniş ictimaiyyətin (ilk növbədə böyüməkdə olan nəslin) diqqətini ev heyvanlarının (o cümlədən sahibsiz heyvanların) problemlərinə cəlb etmək, onlara və ümumiyyətlə canlı təbiətə qayğıkeş münasibət, ev heyvanlarının qorunması üçün məsuliyyət hissi tərbiyə etməkdir. Hamı başa düşməlidir ki, ev heyvanları əyləncə obyekti deyil, “bizim dördayaqlı dostlarımız”dır.
Paylaş:
Müəllif : Redaktor
Tarix:30-11-2019, 13:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:30-11-2019, 13:12
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 11:45
Bu gün, 09:32
Bu gün, 09:07
Bu gün, 08:23
Dünən, 10:22
Dünən, 10:04
Dünən, 08:13
2-09-2025, 15:37
2-09-2025, 12:15
2-09-2025, 12:12

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…