İki ölkədə kürd dövləti qurula bilər: Türkiyə üçün xoşagəlməz vəziyyət
Orta Şərqdə baş verən son geosiyasi hadisələr fonunda, kürd məsələsi yenidən beynəlxalq gündəmə çıxıb. Hazırda Türkiyədə həbsdə olan PKK lideri Abdullah Öcalan bu prosesi strateji fürsət kimi dəyərləndirir. Onun fikrincə, Türkiyə, İran, İraq və Suriyada yaşayan kürdlərin birliyi regionda mühüm siyasi və hərbi qüvvəyə çevrilə bilər.
Öcalan hesab edir ki, kürdlərlə ilk strateji ittifaq quran tərəf İsrailin artan təsirinə qarşı mühüm üstünlük əldə edəcək. Bu yanaşma, kürd məsələsinin yalnız etnik və ya milli hüquqlar kontekstində deyil, həm də regional güc balansında təsirli bir aktora çevrilə biləcəyini göstərir.
Öcalanın bu mövqeyi hansı real ehtimallara əsaslanır və regionun gələcək siyasi xəritəsində necə rol oynaya bilər?
Globalinfo.az-a danışan siyasi şərhçi Əziz Əlibəylinin sözlərinə görə, Türkiyədə kürd toplumunun kifayət qədər çox sayda olması və separatizmin zaman-zaman daha təsirli hala gəlməsi, eyni zamanda bu prosesin qonşu ölkələr tərəfindən dolayısı yolla dəstəklənməsi məsələnin dərinləşməsində mühüm rol oynayıb:
“Türkiyədə bu proses uzun illər davam edib. Hazırda isə Türkiyə, Suriya və İraqda kürd toplumunun yarım dövlət formasında strukturlaşmasını nəzərə almaq məcburiyyətindədir. Bu cür bir vəziyyətin İranda yaranması hələlik ehtimal olunmur. Lakin Türkiyənin son 40 ildə verdiyi itkiləri, etdiyi böyük güzəştləri, insan və maliyyə baxımından yaşadığı itkiləri nəzərə alsaq, Suriya və İraqda kürd dövlətçiliyinin qurulması daha real görünür.
Türkiyə PKK-nın buraxılması məsələsində oynadığı rol ilə proseslərə qismən dəstək verə bilər. Çünki yalnız bu yolla Türkiyə daxilindəki kürd axınını özündən uzaqlaşdıra və idarə edə bilər. Rəsmi Ankara artıq bu məsələni öz siyasi baxışlarına uyğun olaraq təkmilləşdirməyə başlayıb.
Əgər Öcalan Türkiyənin mövqeyindən danışırsa, onun çıxışlarının davamında kürdlərə “Türkiyənin dəstəyinə arxalanın” çağırışı səsləndirməsi daha məntiqli olar. Necə ki, bu günə qədər bəzi qüvvələr PKK-nı Türkiyəyə qarşı istifadə ediblərsə, indi Türkiyə də bu tendensiyanı dəyişərək kürd toplumundan öz maraqları istiqamətində istifadə etməlidir”.
Paylaş:
Müəllif : Fuad
Tarix:20-06-2025, 22:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…

Kərəm Mustafayev vəzifəsindən azad edildikdən sonra qızlarının İngiltərədəki şirkətləri və restoranı bağlanıb.

"AZƏRENERJİ"nin prezidenti Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə İngiltərədə alüminium fabriki açır - Şirkəti İsrail vətəndaşı kimi təsis edib

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC