reklam
Regionxeberlericom.az » Cəmiyyət » Təhlükəli xəstəlik sürətlə yayılır: Peyvənd vurdurmadan səfərə çıxmayın!

reklam

Təhlükəli xəstəlik sürətlə yayılır: Peyvənd vurdurmadan səfərə çıxmayın!















Yay mövsümünün başlaması ilə Avropada ciddi sağlamlıq təhlükəsi yaranıb. Xüsusilə İngiltərədə sürətlə yayılan qızılca xəstəliyi səbəbindən səhiyyə qurumları vətəndaşları peyvəndlənməyə və ehtiyatlı olmağa çağırır.

Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) bu barədə rəsmi açıqlama yayaraq, qızılca xəstəliyinin ölkənin bəzi bölgələrində rekord həddə çatdığını bildirib. Açıqlamada qeyd olunub ki, qızılca, xüsusilə, peyvənd olunmamış şəxslər üçün çox təhlükəlidir və yay mövsümündə turizm səfərləri zamanı yoluxma riski daha da artır.

Mütəxəssislər bildirir ki, Avropada son 25 ilin ən yüksək qızılca göstəricisi qeydə alınıb. Təkcə keçən il qitədə 127 mindən çox yoluxma təsdiqlənib. Bu ilin əvvəlindən isə İngiltərədə artıq 420-dən çox yoluxma hadisəsi baş verib. Rəsmilər isə bu rəqəmin daha yüksək ola biləcəyini istisna etmir.

Xüsusilə 10 yaşa qədər uşaqlar arasında yayılan xəstəlik, peyvənd olunmamış uşaqlarda ciddi fəsadlara səbəb olur. Həkimlər qeyd edir ki, qızılca yüksək hərarət, öskürək və səpgilərlə başlayır, daha sonra isə beyin iltihabı, sətəlcəm və hətta ölüm riskinə gətirib çıxara bilər. Statistika göstərir ki, qızılcaya yoluxan hər 5 uşaqdan biri xəstəxanaya yerləşdirilir, hər 15 nəfərdən biri isə ağırlaşma keçirir.

Səhiyyə qurumları bildirir ki, İngiltərədə MMR peyvəndinin (qızılca, məxmərək və parotitə qarşı) vurulma göstəriciləri aşağı düşüb. Hazırda ölkədə iki dozalı peyvəndlə əhatə olunma səviyyəsi 84 faiz, Londonda isə 73 faiz-ə qədər enib. Bəzi ərazilərdə isə bu göstərici 50 faizdən də aşağıdır.

Həkimlər və səhiyyə qurumları əhaliyə "Peyvənd vurdurmadan ölkə xaricinə getməyin" xəbərdarlığı edərək, xüsusilə, Fransa, İtaliya, İspaniya və Almaniya kimi yay turizmi üçün populyar bölgələrdə qızılca təhlükəsinin ciddi olduğunu bildirir. Çünki bu ölkələrdə də son aylarda yoluxma halları artıb.

Qeyd edək ki, qızılcaya qarşı ən effektiv mübarizə üsulu vaxtında MMR peyvəndi vurmaqdır. 




Paylaş:


Müəllif : Tarix:
8-06-2025, 13:29
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər