1500 cərimə, 1 il həbs - Artıq tibb bacılarının gözünü qorxutmaq olar?
Milli Məclis tibb işçilərinin işə vicdansız və ya laqeyd münasibəti ilə bağlı cəzaları sərtləşdirir. Qanunvericilik bununla bağlı müəyyən dəyişikliyə məruz qalacaq. Sadə vətəndaş buna sevinməyə bilməz, lakin onun anlamadığı bir ifadə var - "vicdansız davranış".
“Tibb işçiləri tibb protokolları əsasında fəaliyyət göstərir. Həmin protokollarının tələbi nədirsə, onu icra etmədikdə, yaxud natamam icra etdikdə və ya hər hansı gözlənti qarşılığında icra etmək istədikdə, bu artıq vicdanız davranış hesab olunur".
Bunu "Yeni Sabah"a hüquqşünas Ramil Süleymanov "vicdansız davranış" anlayışına izah verərkən bildirib.
“Cinayət Məcəlləsinin 142-ci maddəsində qeyd olunur ki, xəstəyə kömək göstərməmə və bunun nəticəsində xəstənin sağlamlığına zərər vurulmasına görə 1000 manatdan 1500 manatadək cərimə cəzasına məhkum olunur. Yaxud 1 il müddətində azadlıqdan məhrum etmə və ya 1 ilə qədər müddətdə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
Ramil Süleymanov əlavə edib: “Əgər bu əməllər, yəni xəstəyə kömək göstərməmə nəticəsində şəxsin sağlamlığına ağır zərər vurulduqda isə ona 2 ilə qədər azadlıqdan məhrumetmə cəzası təyin olunur. Eyni zamanda, bildirmək istəyirəm ki, bu əməllər şəxsin ölümünə səbəb olarsa, tibb işçisi 3 ilə qədər müddətdə müəyyən vəzifə tutmaq hüququndan məhrum olunmaqla, 3 ilədək azadlıqdan məhrumetmə cəzası təyin olunur. İndi qanunverici özü müəyyən etməlidir ki, ümumiyyətlə “vicdansız davranış” dedikdə nəyi nəzərdə tutur”.
Xatırladaq ki, layihəyə əsasən, tibb işçisinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz peşə vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan şəxsin sağlamlığına yüngül zərər vurulmasına səbəb olduqda, fiziki şəxslər 500 manatdan 800 manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan 1500 manatadək məbləğdə, hüquqi şəxslər 7000 manatdan 9000 manatadək məbləğdə cərimə ediləcək.
Paylaş:
Müəllif : Fuad
Tarix:14-05-2025, 10:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT