Trampdan özü barədə İLGİNC açıqlama
ABŞ prezidenti Donald Tramp bildirib ki, o, bütün hakimiyyəti öz əlində cəmləşdirmək və avtoritar lider olmaq niyyətində deyil.
Bu barədə o, ABC kanalına verdiyi müsahibədə bəyan edib.
Müsahibədə prezidentdən bəzi ABŞ vətəndaşlarının onun "çox səlahiyyətləri özündə topladığı və avtoritar prezidentə çevrildiyi" barədə narahatlıqlarını şərh etməsi xahiş olunub.
"Onların belə düşünməsini əsla istəməzdim. Mən yalnız bir iş görürəm - Amerikanı yenidən böyük etmək. Ölkəmiz süqut vəziyyətində idi. Dünyanın hər yeri bizimlə lağ edirdi. Bizim son dərəcə səriştəsiz bir liderimiz var idi (Trampın prezident postundakı sələfi Co Bayden - red.)", - deyə ABŞ prezidenti cavab verib.
27 aprel tarixində ABC kanalı, "The Washington Post" qəzeti və "Ipsos" sosioloji xidmətinin birgə dərc etdiyi sorğuya əsasən, ABŞ vətəndaşlarının 56%-i Trampın öz səlahiyyətlərini aşdığını düşünür. Respondentlərin 49%-i isə hesab edir ki, Donald Tramp ölkənin dünya liderliyini gücləndirməyib, əksinə, zəiflədib./Musavat.com
Paylaş:
Müəllif : Fuad
Tarix:30-04-2025, 14:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…

Kərəm Mustafayev vəzifəsindən azad edildikdən sonra qızlarının İngiltərədəki şirkətləri və restoranı bağlanıb.

"AZƏRENERJİ"nin prezidenti Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə İngiltərədə alüminium fabriki açır - Şirkəti İsrail vətəndaşı kimi təsis edib

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC