Xəstəxanada çarəsiz qalan Yusifin anası kömək istəyir
10 yaşlı Yusifin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə onun anası Günel Əsgərova məlumat verib.
O bildirib ki, övladı Yusif anadangəlmə epilepsiya və serebral iflic xəstəliklərindən əziyyət çəkir:
"Yusifin on yaşı var, demək olar ki, doğulan gündən həkim müayinələrindəyik. İllərdir onu müalicələrlə həyatda tutmuşuq. Onun başına maye yığıldığı üçün bir il əvvəl İranda əməliyyat olundu. Gözləri tamamilə zəifləyib, nə qədər çalışsaq da görməsini bərpa edə bilmirik. Bir neçə gün əvvəl Yusifin belində şiş əmələ gəldi. Rayondakı həkimlər onun təcili Bakıya getməli olduğunu dedilər. Həkimlər onun fəqərəsinin sürüşdüyünü, şişin buna görə əmələ gəldiyini dedilər".
Gənc ana övladının müalicəsi üçün dəstəyə ehtiyacı olduğunu deyib:
"Mənim Yusifdən başqa iki övladım da var. Onların da xəstəlikləri var. Özüm ikinci qrup əliləm, bir qolum işləmir. Yusifin atası oğlum doğulandan bir müddət sonra - "mənə xəstə uşaq lazım deyil", - deyib bizi tərk edib. Özünə yeni ailə qurub. Nə uşaqları ilə maraqlanır, nə də bir manat dəstək olur. Yusifin pensiyası və sizin saytın izləyicilərinin dəstəyi ilə uşaqlarımı müalicə edə bilirəm. İnanın dünəndən Bakıdayıq. Yusifi bir bulka ilə saxlamışam dünəndən bəri. Ac-susuz qalmışıq xəstəxanada. Yusif bəzi müayinələrdən keçməlidir. Nə müayinədən keçməyə, nə də rayona qayıtmağa pulumuz yoxdur. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirik".
Ailə ilə əlaqə: (051) 819-60-21.
"Kapital Bank": 4169 7388 4463 9884.
Paylaş:
Müəllif : Fuad
Tarix:29-04-2025, 11:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT