Mayın 1-dən Gürcüstanla quru sərhədləri AÇILIR? - Qonşu ölkə rəsmi məlumat yayıb, Azərbaycan tərəfi isə...
Azərbaycanda koronavirus pandemiyası səbəbi ilə 2020-ci ildə bağlanılan quru sərhədlər hələ də açılmayıb. Sonuncu dəfə baş nazir Əli Əsədovun 18 mart 2025-ci il tarixində imzaladığı qərara əsasən ölkədə tətbiq edilən xüsusi karantin rejimi 2025-ci il 1 iyul saat 06:00-dək uzadılıb.
Daha öncə quru sərhədlərin aprel ayında açılacağı ilə bağlı məlumatlar yayılsa da, bu, öz təsdiqini tapmayıb.
Cari ili fevral ayında isə Azərbaycan və Gürcüstan arasında sərnişin qatarlarının hərəkətinin bərpa ediləcəyi tarix açıqlanıb. Gürcüstanın İqtisadiyyat Nazirliyinin məlumatına görə, Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarlar mayın 1-dən yenidən fəaliyyət göstərəcək.
Xatırladaq ki, bu məsələ cari il fevralın 19-da Gürcüstan Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə Gürcüstanda səfərdə olan Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev arasında müzakirə edilib.
Belədə, Bakı-Tbilisi-Bakı qatarının hərəkətə başlaması Azərbaycanın quru sərhədlərinin açılması məsələsini yenidən gündəmə gətirib. Rəsmilər bundan əvvəl sərhədlərin təhlükəsizlik səbəbindən bağlı qaldığını açıqlayıb.
Ekspertlərin fikrincə, Bakı-Tbilisi-Bakı qatarının hərəkətə başlaması Gürcüstanla quru sərhədləri tam açılacağı anlamına gəlmir. Ancaq yay mövsümündən başlayaraq bu prosesə yenidən baxıla bilər. Bildiilir ki, təhlükəsizlik tədbirləri davam edir və regionda sabitlik təmin olunarsa, tədricən sərhədlərin açılması mümkündür.
Rəsmi Bakı fevral ayında Gürcüstanın İqtisadiyyat Nazirliyinin məlumatına münasibət bildirməmişdi. Hazırda da sözügedən tarixə 1 həftə müddət qalmasına baxmayaraq, ictimaiyyətə məsələ ilə bağlı rəsmi məlumat verilməyib.
Qeyd edək ki, Bakı-Tbilisi-Bakı sərnişin qatarlarının hərəkəti 2020-ci il martın 14-də koronavirus pandemiyası səbəbindən dayandırılıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:24-04-2025, 21:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT