Qatarı dayandıran inəyə görə sahibinə 8 min cərimə kəsildi
"Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyəti İsveçrənin son texnologiyaları əsasında istehsal olunan, ikimərtəbəli sərnişin daşınması üçün nəzərdə tutulmuş elektrik qatarına ziyan vuran iribuynuzlu heyvanın sahibini cərimə etdirib.
RegionXəbərləricom.az qaynarinfo-ya istinadla xəbər verir ki, bir müddət əvvəl Ağstafa-Bakı marşrutu ilə hərəkət edənsürətli sərnişin qatarı Zazalı-Dəliməmmədli mənzilinin 349-cu km-də hərəkətdə olarkən qarşısına iribuynuzlu heyvan çıxıb. Maşinist təcili tormozlama etsə də, qatarı tam olaraq dayandıra bilməyib və inəyi vurub.
Nəticədə qatarın ön və yan hissəsi zədələnib, ADY-yə 8 089.83 manat məbləğində maddi ziyan dəyib.
Aparılan araşdırma zamanı hadisəyə səbəb olan iribuynuzlu heyvanın sahibinin C.M. olması müəyyən edilib. Fermer izahatında hadisənin onun səhlənkarlığı ucbatından baş verdiyini etiraf edib. Amma ADY-yə dəyən zərəri ödəmək üçün maddi imkanı olmadığını bildirib.
Məhkəmə C.M.-dən 8 190.83 manat məbləğin tutularaq QSC-yə ödənilməsi barədə qərar qəbul edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:18-04-2025, 15:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT