Fəzail Ağamalıya nə olub? – Təcili Türkiyəyə aparılıb...
Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı səhhəti ilə əlaqədar olaraq Türkiyəyə gedib.
Bu barədə İqtisadiyyat.az-a açıqlamasında partiya sədri özü deyib. O, səhhətinin nəzarət altında olduğunu söyləyib:
"Səhhətimlə ciddi məşğul olmağa çalışıram. Həkimlərlə məsləhətləşirəm və vaxtaşırı Türkiyədə oluram, müəyyən müayinələrdən keçirəm. Hazırda da Ankaradayam və səhhətim həkimlərimizin nəzarəti altındadır".
Fəzail Ağamalı hazırda nə işlə məşğul olduğu ilə bağlı suala gəlincə isə bildirib:
"Yenə də siyasətdə varam və Ana Vətən Partiyasının sədri kimi fəaliyyətimi davam etdirirəm. Son dərəcə zəruri və əhəmiyyətli məsələlərə öz münasibətimi ifadə etməyə çalışıram. İndiki durum parlament dövrü ilə müqayisədə fərqlidir. Yəni parlament dövründə daha aktiv və daha dinamik bir siyasi fəaliyyət mövcud idi. İndi isə ancaq partiya müstəvisində və partiya platformasında fəaliyyətimi davam etdirirəm. Yenə də dövlətimizin və dövlətçiliyimizin, Ulu Öndər Heydər Əliyevin siyasi irsinin, onun dövlətçilik konsepsiyasının, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yanındayam, yəni fəaliyyətim bu istiqamətdə davam edir. Qalan zamanımda isə evdə oluram, istirahət etməyə çalışıram, gündəlik qayğılarla yaşayıram".
Xatırladaq ki, 78 yaşlı F.Ağamalı 1995-2024-cü illərdə Milli Məclisin ardıcıl altı çağırış deputatı olub.
Paylaş:
Müəllif : Fuad
Tarix:18-04-2025, 15:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT