Rayonlarda yağıntılar intensiv olacaq - Növbəti xəbərdarlıq

Aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq ölkə ərazisindən soyuq atmosfer cəbhəsinin keçməsi nəticəsində hava şəraitinin qeyri-sabit, yağıntılı keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, aprelin 15-də Azərbaycanın bəzi rayonlarında yağıntıların intensivləşəcəyi (Böyük və Kiçik Qafqaz rayonları), əsasən şimal və şərq rayonlarında (Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar) güclü olacağı gözlənilir.
Aprelin 16-da isə prosesin daha da kəskinləşəcəyi, leysan yağışının aramsız, əksər rayonlarda intensiv və güclü olacağı ehtimalı yüksəkdir.
Prosesin şimşəklə müşayiət olunacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Aprelin 15-16-da qərb küləyi 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.
Aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq 17-dək gözlənilən proses ilə əlaqədar transsərhəd və ölkənin əksər yerli çaylarında yüksək sululuğun davam edəcəyi, əsasən dağ çaylarından sel və daşqın keçəcəyi gözlənilir.
Paylaş:
Müəllif : Fuad
Tarix:14-04-2025, 15:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT