“Melissa Group”un vətəndaşın başına uçurduğu evin qiyməti açıqlandı
"Melissa Group" şirkəti evimizin bir hissəsini dağıdan zaman xəsarət alan digər ailə üzvlərimiz və mən hazırda mülkümüzdəyik. Buradan çıxmaq fikrində deyilik. Çünki bizim gedə biləcəyimiz başqa evimiz də yoxdur".
Bunu Teleqraf.az-a açıqlamasında Yasamal rayonu, Alatava qəsəbəsində tikinti işi aparan "Melissa Group" şirkətinin qanunsuz dağıtdığı evin sahibi Elarə Hacıyeva deyib.
Onun sözlərinə görə, hadisədən sonra səhhətində ciddi problemlər yaranıb: "Hər gün təzyiqim qalxıb-düşür, stress içindəyəm, ağrılarım var. Nə qədər təcili tibbi yardım çağırmaq olar, artıq utanıram".
E.Hacıyeva bildirib ki, hadisədən ötən müddət ərzində şirkət heç bir addım atmayıb.
"Hazırda məhkəmə prosesi davam edir. Media bizə bu məsələdə çox dəstək oldu, hamıya təşəkkür edirəm", - deyə o vurğulayıb.
Ailənin vəkili Ülvi İsmayılov bildirib ki, faktla bağlı başlanan cinayət işi üzrə istintaq davam edir.
Müdafiəçinin sözlərinə görə, "Melissa Group"la ev sahibləri arasında hazırda hər hansı formada barışıq əldə olunmayıb, şirkət buna cəhd də göstərmir:
"Bununla bağlı bizə müraciət olunmayıb. Əgər onlar barışıq üçün addım atsalar, məhkəmənin qərarının dəyişdirilməsi üçün əsas ola bilər ("Melissa Group"un sahibi Qalib Məmmədov və şirkətdə ekskavator sürücüsü işləyən Qala Eynullayev barəsində seçilən bir aylıq həbs qətimkan tədbiri - redaksiya). Amma indiki vəziyyətdə barışıqla bağlı müraciət və təşəbbüs yoxdur".
Ü.İsmayılov deyib ki, ailənin tikinti şirkətinin rəhbər şəxslərindən iki milyon manat tələb etməsi ilə bağlı səsləndirilən iddialar əsassızdır:
"Çünki belə bir tələb olmayıb. Ailə öz evinin haqqı olan qiymətini tələb edib. Ev beş mərtəbədən ibarətdir. Həmin evin dəyəri də 600-700 min manatdır. "Melissa Group"dan həmin məbləğdə pul istənilib".
Vəkil, həmçinin təqsirləndirilən şəxslərin Xətai Rayon Məhkəməsinin seçdiyi həbs qətimkan tədbiri ilə bağlı qərardan apellyasiya şikayəti verməmələrini belə izah edib:
"Ola bilsin ki, onlar qərarla razılaşıblar. Buna görə də şikayət verməyiblər. Əgər şikayət verilsəydi, bizə bu barədə məlumat gələrdi. Ehtimal olunur ki, onlar barələrində ev dustaqlığının seçilməsi üçün məhkəməyə müraciət edəcəklər. Bu səbəbdən də barələrində iki ayrı-ayrı məhkəmə qərarının olmasını istəmirlər. Ev dustaqlığı qətimkan tədbirinin seçilməsi üçün də zərərçəkmiş şəxslə barışıq əldə edilməsi mütləqdir. Məhkəmə barışıq ərizəsinin olmasını nəzərə alır. Onlar zərərçəkmiş şəxslə barışmalıdırlar, o zaman ev dustaqlığı qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət etməlidirlər. Çünki məhkəmələr vətəndaşların hüquqlarını qoruyurlar, vətəndaşın mövqeyi bu qərarın dəyişməsi üçün əsas götürülür. Barışıq olmasa, qərarın dəyişməsi də mümkün deyil. Hazırda da barışıq üçün hər hansı bir addım atılmayıb".
Xatırladaq ki, martın 27-də "Melissa Group" şirkətinin əməkdaşları Yasamal rayonu, Alatava ərazisində yaşayış evini içərisində sakinlər olmasına baxmayaraq, evi qanunsuz şəkildə sökməyə cəhd ediblər. Hadisə nəticəsində üç nəfər xəsarət alıb.
Faktla bağlı cinayət işi açılıb, "Melissa Group" tikinti şirkətinin sahibi Qalib Məmmədov və ekskavator sürücüsü Qala Eynullayev saxlanılıb.
Martın 29-də Xətai Rayon Məhkəməsi onlar barəsində bir ay müddətinə həbs qətimkan tədbiri seçib.
Q.Məmmədova Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) və 32.3.-cü (Cinayətin törədilməsini təşkil etmə və ya həmin cinayətin törədilməsinə rəhbərlik etmə) maddələri ilə ittiham irəli sürülüb.
Q.Eynullayev isə Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə ittiham olunur.
Paylaş:
Müəllif : Fuad
Tarix:2-04-2025, 19:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT